6/10
·432 syf.··
Beğendi
·
2021 76. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Ağustos 2021 15:44
Yaşam uğrunda mübarizə, bağlılıq hissi, yalnızlıq, tərkedilmişlik, fiziki və mənəvi şiddət, məktəbdə zorakılıq və daha bir çox mövzunu əhatə edən, başladığınız sürətlə bitirəcəyiniz bir roman. Əsər tvist sonluqla bitdiyi kimi hadisələr də iki fərqli zamanda cərəyan edir. İlk başda Kya Clarkı kiçik bir qızı tanısaq da, növbəti fəsildə Chase Andrews bataqlıqda cəsədi ilə bizi qarşılayır. Müəllifin təhsili zoologiya üzərinə olduğu üçün peysajın, heyvanların çox güclü təsvir və təhlilini aparmışdır. Sözügedən mövzular çox dərin olsa da oxuduqca çox səthi yanaşıldığı, sanki sadəcə yüngül bəhs olunduğu hissi yaranır. Formal təhsilinin olmadığı halda daha sonradan bataqlıq haqqında tədqiqat xarakterində elmi kitablar müəllifi olan Catherine (Kya) Danielle Clarck `learning by doing`, müşahidə nəticəsində meydana gələn təhsilin, savadın maraqlı nümunəsidir. Əsərin adı "where the crowdads sing" Ma (anasının) Kya üçün istifadə etdiyi bir cümlədir. Qızını bataqlıqdan bacardığı qədər uzağa gedib dünyanı kəşf etməsi üçün istifadə etdiyi, ruhlandırıcı cümlə idi. Spoiler alert : Əsər açıq sonluqla bitir, odur ki, oxucu isətədiyi reallığa sahib olur və qərarını verir. Kya qatildir yoxsa yox.
Edebiyat
Kya'nın Şarkı Söylediği YerDelia Owens · Salon Yayınları · 20253,784 okunma
·
438 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.