Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

256 syf.
9/10 puan verdi
·
34 saatte okudu
Gecə hamilədir, kim bilir sabah nə doğacaq!
Başlıca Qarabağ xanlığı olmaqla Azərbaycan xanlıqları dövründən bəhs edən tarixi roman. Tarixi romanların digər janrlardan sevdiyim fərqi bəhs edilən dövrdəki tarixi hadisələr haqda bilgiləndirməsidir.Bu tarix yaşadığımız coğrafiyanı əhatə edirsə daha da maraqlı hal alır.Romanın adından da məlum olduğu kimi xanlıqlarımızın iki od arasında yəni Rusiya və İran arasında qalmasıdır ki,hər 2 tərəf buranı ələ keçirmək istəyir.Kitabda azərbaycan və erməni xalqları arasındakı münasibətdən,bu münasibətin necə və kimlər tərəfindən pozulmağa çalışıldığından da bəhs olunur. Çəmənzəminlinin məharətlə istifadə etdiyi söz yaradıcılığı,çoxlu yer verilən atalar sözləri və məsəllər kitabı daha da oxunaqlı edir. Romanın ümumi gedişini Dostoyevskinin romanlarına bənzədirəm.İlk başlarda hər şey sakit halda davam edir, sonlara yaxın isə hadisələr üst-üstə gəlməklə oxuyucunu təlatümə salır. Çəmənzəminlinin bu romanı 1937-ci ildə yazdığını nəzərə alsaq, kitabda bir sıra köhnəlmiş sözlərə rast gəlinir.Tövsiyəm belə sözləri adlamamaq və izahlı lüğətdən istifadə etməkdir ki, bu halda hadisələri daha düzgün başa düşmək olar.
Qan içində
Qan içindəYusuf Vezir Çemenzeminli · Qanun Nəşriyyatı · 2019135 okunma
·
257 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.