Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Yorumlar ve İncelemeler

Tümünü Gör
256 syf.
9/10 puan verdi
·
34 saatte okudu
Gecə hamilədir, kim bilir sabah nə doğacaq!
Başlıca Qarabağ xanlığı olmaqla Azərbaycan xanlıqları dövründən bəhs edən tarixi roman. Tarixi romanların digər janrlardan sevdiyim fərqi bəhs edilən dövrdəki tarixi hadisələr haqda bilgiləndirməsidir.Bu tarix yaşadığımız coğrafiyanı əhatə edirsə daha da maraqlı hal alır.Romanın adından da məlum olduğu kimi xanlıqlarımızın iki od arasında yəni Rusiya və İran arasında qalmasıdır ki,hər 2 tərəf buranı ələ keçirmək istəyir.Kitabda azərbaycan və erməni xalqları arasındakı münasibətdən,bu münasibətin necə və kimlər tərəfindən pozulmağa çalışıldığından da bəhs olunur. Çəmənzəminlinin məharətlə istifadə etdiyi söz yaradıcılığı,çoxlu yer verilən atalar sözləri və məsəllər kitabı daha da oxunaqlı edir. Romanın ümumi gedişini Dostoyevskinin romanlarına bənzədirəm.İlk başlarda hər şey sakit halda davam edir, sonlara yaxın isə hadisələr üst-üstə gəlməklə oxuyucunu təlatümə salır. Çəmənzəminlinin bu romanı 1937-ci ildə yazdığını nəzərə alsaq, kitabda bir sıra köhnəlmiş sözlərə rast gəlinir.Tövsiyəm belə sözləri adlamamaq və izahlı lüğətdən istifadə etməkdir ki, bu halda hadisələri daha düzgün başa düşmək olar.
Qan içində
Qan içindəYusuf Vezir Çemenzeminli · Qanun Nəşriyyatı · 2019135 okunma
Reklam
256 syf.
10/10 puan verdi
Qan içində Salam. Bu gün milli ədəbiyyatımızdan olan, Yusif Vəzir Çəmənzəmənlinin “Qan içində” əsəri haqqında fikirlərimi yazmaq istəyirəm. Bu kitab tarixi həqiqətlərlə dolu-dolu bir kitabdır. “Qan içində” həm də “İki od arasında” adlanır. Real hadisələr əsasında yazılmış romandır. Yusif Vəzir Çəmənzəminli bu romanı ilk dəfə 1937-ci ildə qələmə
Qan içində
Qan içindəYusuf Vezir Çemenzeminli · Qanun Nəşriyyatı · 2019135 okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Tək sözlə-Möhtəşəm bir əsər.Oxuyandan sonra onu anlayıramki-bizdən adam olmayıb,olmayacaq.Xudafərin körpüsündən sonra oxuduğum ikinci ən yaxşı tarixi roman...
Qan içində
Qan içindəYusuf Vezir Çemenzeminli · Qanun Nəşriyyatı · 2019135 okunma
290 syf.
5/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Ədəbiyyat müəllimimin tövsiyəsi ilə bu kitabı oxumağa başladım. Kitabda Qarabağ xanlığından, həmin dövrlərdə ölkənin siyasi vəziyyətlərindən bəhs edilir. İki od arasında deyilərkən Rusiya və İran nəzərdə tutulur. Qarabağ xanı İbrahim xan və onun vəziri, görkəmli şair Molla Pənah Vaqif əsərin baş qəhrəmanlarıdır. Azərbaycanın xanlıqlara parçalanması tariximizin ən acı səhifələrindən biridir. Və əsərdə bu dövr, sarayın daxilində baş verənlər böyük bir ustalıqla təsvir olunub. Oxuyuculardan biri öz incələməsində qeyd edib ki, əsərdə hər bir obrazın etdikləri sonda öz qabağına çıxır. Bir sözlə, "Nə tökərsən aşıva o da çıxar qaşığıva". Bu fikrə qatılıram. Əsərin sonunda Qasımın Vaqifə dediyi sözlər bunu təsdiqləyir. 'Qozbeli qəbir düzəldər" atalar sözü də Səfər obrazına aiddir. Mən tarixi sevsəm də, tarixi janrda əsərləri oxumağı çox sevmirəm. Həm də bu dövrlər marağımı çox da cəlb etmirdi. Amma düşünürəm ki, tarixi janr sevənlər üçün olduqca maraqlı və öyrədici olar. Xoş mütaliələr!!
İki Od Arasında
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013135 okunma
Reklam
290 syf.
9/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
Azərbaycanın parçalara bölünüb idarə olunduğu illərdən sonra həmin parçaların növbəylə uzun illər çəkən rus hökmünə girməsini anlatan tarixi roman. Tarix dərsində öyrəndiyimiz hadisələr sarayın içindən görünən şəkildə təsvir olunur. Ədəbiyyatımızın dəyərli bir nümunəsidir, oxumağa dəyər.
İki Od Arasında
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013135 okunma
280 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Azərbaycan tarixində ən qarışıq dövr fikrimcə, xanlıqlar dövrüdür. Bu baxımdan bu əsərin ən cəlbedici xüsusiyyəti belə bir qarışıq dövrdən bəhs etməsidir. Xüsusilə Qarabağ xanlığı təkcə xanlıqlar dövrü baxımından deyil, coğrafi- siyasi baxımından da bəhs ediləsi mövzudur.
Kan İçinde
Kan İçindeYusuf Vezir Çemenzeminli · Zengin Yayıncılık · 2016135 okunma
290 syf.
·
Puan vermedi
Milli ədəbiyyatımızın tarixi roman janrında yazılmış ən axıcı əsərlərindən biri də "İki od arasında" əsəridir. Bu adla yazıçı xalqımızın, vətənimizin iki böyük qonşu dövlətin məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə edir. Bu ifadə də əsərdə Vaqifin dilindən verilmişdir. Qarabağ, onun timsalında bütöv Vətən, onun azadlığı, xalqımızın məişət həyatı, milli dəyərləri, adət-ənənələri əsərdə qırmızı xətlə keçir. Əsərdə əsas şəxsiyyətlərdən olan Vaqif şair olmaqla yanaşı, bir siyasətçi kimi də səciyyələndirilmişdir. Həmçinin əsərdə ən sevdiyim və mənə xoş gələn atalar sözlərimizin, deyimlərimizin, məsəllərimizin tez-tez və yerində işlədilməsi idi. Bu əsərə həm axıcılıq, həm də maraq verir. Mütləq oxuyun.
İki Od Arasında
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013135 okunma
290 syf.
·
Puan vermedi
·
5 günde okudu
Qarabağ xanlığının tarixindən bəhs edən tarixi roman. Əsərdə İbrahimxəlil Xan və Molla Pənah Vaqif əsas obrazlardandır. Və onlar birlikdə Qarabağ xanlığını iki od arasında İran və Rusiya arasında ayaqda tutmağa çalışırlar. Real tarixi hadisələr əsasında yazılmış bir əsərdir. Yazıçı bu əsəri yazmaq üçün uzun müddət kitabxanlarda tədqiqat işi aparmış, bədii fırçası ilə tarixə rəng qatmış və oxuculara təqdim etmişdir. Əsərdə ən çox diqqətimi çəkən yazıçının insanın nə etsə mütləq qabağına çıxacağını göstərməsidir. Bunu istər Ağa Məhəmməd şah Qacar, istər Molla Pənah Vaqif, istərsə də Məmməd bəyin timsalında görmək olur. Ən sonda Molla Pənah Vaqifi öldürməyə aparanda oğlu Qasım deyirki, sən necə bu yoldan insanları keçirmisən indi də sən keçirsən. Yazıçı karmanın dönüb dolaşıb gəlib insanı tapa biləcəyini, etdiklərinin bədəlini ödəməyə məcbur olacağını göstərməyə çalışıb. Tarixi sevənlər üçün gözəl əsərdir.
İki Od Arasında
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013135 okunma
Reklam
·
Puan vermedi
Kitap ruhun aynasıdır
Bir Başka Lovecraft Yine Martin'in başyapıtlarından. Taht oyunlarının sadece Robert Baratheon'un ölümünden sonra oynamadığına, aslında çok daha büyük oyunların bizzat Targaryenler tarafından da oynandığına, deliliklere ve dahiliklere, adalete ve adaletsizliğe, merhamete ve zalimliğe şahit oluyoruz. Lakin kitapta bir bölüm var ki, iyi ki okumuşum dedirtti; Aerea Targaryen'in akıbeti. O bölümde gözüm kitaplığımın Lovecraft bölümüne kaydı, acaba kitaplardan birini mi okuyorum dedim, zira Buz ve Ateş'in Dünyası'ndaki direkt atıflar olan Leng, K'dath, Old Ones, gökten düşen meteor, Church of Starry Wisdom, Bloodstone Emperor davası ve daha nicesine yeni bir atıftan ziyade, bir hikaye eklenmişti. Baştan sona adeta Lovecraft'ın elinden çıkmış gibi olan Aerea'nın akıbetinde korku motifleri mükemmel işlenmiş, gizem ve belirsizlik dozunda verilmiş, okuyucuyu öyle bir merak salıyor ki. İflah olmayan bir Lovecraft aşığı olarak sırf Aerea Targaryen'in sonu için bile tekrar okuyabilirim koca kitabı. Kitabın tek eksisi okuyucunun fazla isimle haşır neşir olması, ama bu da bilmem kaç yüzyıllık Targaryen iktidarının anlatımı için gayet normal. Bu evreni sevenler mutlaka okumalı.
Kan İçinde
Kan İçindeYusuf Vezir Çemenzeminli · Zengin Yayıncılık · 2016135 okunma
290 syf.
8/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Azerbaycan tarihini anlatan bir roman. Özellikle Karabağ hanlığına odaklanıyor ve burada Azerbaycan'ın nasıl iki ateş arasında (bir tarafta İran, diğer tarafta Rusya) kalması konusunu işliyor. Aynı zamanda hala devam eden Ermeni sorununun köklerine iniyor. Henüz ortada Ermenistan diye bir devlet yokken bile. Kitapla ilgili ayrıntılı inceleme: kitapokurum.blogspot.com/2022/03/yusuf-v...
İki Od Arasında
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013135 okunma
290 syf.
10/10 puan verdi
Kitabi oxudum qurtardim kitab cox axici idi. Ama kitabin son sehifesinde ureyim agridi.heyata ,olanlara nifret ettim.bir seltenet ugruna bu qeder qan tokulermi?cox heyif bir birine dusmen kesilen kim,bir birinin arxasindan isler goren kim.Nadir sahin dovrunde ehali onsuzda zulm gorurdu Nadir öldu ehali ag gune cixacaq umid etdi ,lakin yenede edavet bitmedi.xanliqlar ,onlar arasinda mubarize ,Rus iranda el ceken deyil gözleri doyan deyil.En azindan dovlete etdiyi o qeder yaxsiliga gore.Ureyimde buruxluq yarandi. Ne qeder davam edecek 3 qaris torpaq ugrunda bir birini didmek?-bu gedisle hec vaxt!
İki Od Arasında
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013135 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.