Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

60 syf.
7/10 puan verdi
·
2 saatte okudu
José Saramago'dan oxuduğum III kitab. “
İsanın İncili
İsanın İncili
” kitabını azərbaycan dilində oxumuşdum, bəlkə, buna görə, bəlkə də, yox, amma “
Körlük
Körlük
” və indi oxuyub bitirdiyim kiçik ölçülü kitabda dialoqlar bir-birinə qarışmış halda idi və bu da oxuyan zaman bir az çaşqınlıq yaradır. Kitabın mövzusuna gəldikdə isə, burada bilinməyən bir ada axtarışında olan bir adamdan bəhs edilir, həmçinin, bu adam ada ilə bərabər, özünün də axtarışındadır. Buna görə də, Kralın yanına gedərək ondan bir gəmi istəyir. Kral gəmini verir, amma bu adamın arxası ilə kralın sarayında işləyən xidmətçi də gedir (Əsl işinin bir gəmidə işləmək olduğunu düşünür). Axşam adam və xidmətçi gəmidə yatır. Adam isə yuxusunda artıq dənizə açıldıqlarını görür. Ancaq mənə maraqlı gələn bir şey oldu: Adam yuxuda, gəmidə insanlarla bərabər, heyvanların və bitkilərin olduğunu da görür. Bu, mənə Nuh'un gəmisini (ancaq, bu haqda dəqiq məlumatım yoxdur) xatırlatdı. Belə bir mövzu... Digər iki kitabını sevdiyim üçün bu kitabını oxumaq istədim, maraqlı idi. Amma oxumasam da, olarmış.
Bilinmeyen Adanın Öyküsü
Bilinmeyen Adanın ÖyküsüJosé Saramago · Türkiye İş Bakası Kültür Yayınları · 200123,2bin okunma
·
163 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.