Gönderi

Qəlblərdəki körpüləri yerlə-yeksan edən- İnsanlar
Puan vermedi·150 syf.··
2021 79. kitabı
·
3 günde okudu
·
Okunma: 08 Ağustos 2021 14:34
Eh...Səriyyə..Sevmədiyim qadın obrazlarından biri oldu.Əsərdə şəxsiyyət azadlığı məsələsinə toxunulur.Və bu o zamankı ədəbiyyatımız üçün bir yenilik idi. Əsər boyu həm Səriyyənin düşüncələrinə,həm də Adilin mənəvi dünyasına səyahət edirik.  Şəhərdən  həyat yoldaşı Adilin xüsusi vəzifəyə keçirilməsi ilə əlaqədar kəndə  yola düşürlər.Bura da körpüsalanlar briqadası ilə tanışlığı Səriyyəni dəyişir. Xüsusilə də istefaya çıxmış və körpüsalanlar arasında olan leytenantla bağlı hissləri ... Əslində bu hisslər haqda heç danışmamışdılar da.Bir- birindən gözlərini qaçırtmaq eşq deyilmi?! Bu gizlin eşq Adili də düşündürür.Adil ağır təbiətli biridir.Onun üçün xanımının da daha ciddi biri olması şərtdir.Amma o hər dəfə  Səriyyənin hərəkətlərinə ( məsələn kişilərlə ova getməsi, şərab içməsi,  müxtəlif əyləncəli oyunlar oynaması, gecə yarı papirus çəkən leytenantı izləməsi)  göz yumur.Çünki içində Səriyyəni itirmək qorxusu baş qaldırır.Əslində Adil və Səriyyə sevərək evləniblər.Özü də yaraşıqlı,ağıllı biridir. Səriyyə isə özünü körpüsalanlarla xüsusilə istefaya çıxmış leytenant buldozerçi Qəriblə xoşbəxt hiss edir.Qəlbində Adilin onun hərəkətlərinə narazı olub amma yenə də onunla mehriban olmasıyla barışa bilmir.  Adil isə onu sevdiyindən bu xoşagəlməz halları sezsə də daha da mülayim olmağa çalışır. Lakin günü-gündən onlar arasında salınan körpü yerlə-yeksan olunmaqdadır.
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960744 okunma
·
523 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.