8/10
·648 syf.··
2021 21. kitabı
·
13 günde okudu
·
Okunma: 13 Ağustos 2021 20:53
"Xacə Şah" əsərinin janrı tarixi romandır. Lakin bu əsərdə bədiilik özünü çox göstərmir, daha çox xronika tərzindədir. Bununla belə, Nadir şahın ölümündən ta Ağa Məhəmməd şah Qacarın ölümünə kimi Yaxın Şərqdə baş verən hadisələr haqqında ətraf məlumat almaq üçün çox yaxşıdır. Adından da göründüyü kimi, əsas yer Ağa Məhəmməd xana ayrılıb. Kitabdan anlayırıq ki, Ağa Məhəmməd əslində o dövrə görə qəddar deyilmiş, belə ki, qarın cırmaq, göz çıxarmaq, baş kəsmək o dövrçün adi tədbirlər imiş. Lakin Kirman və Tiflisdə törətdiyi faciələr onun bütün nailiyyətlərinə, müsbət keyfiyyətlərinə kölgə salır... Əsərdə Ağa Məhəmmədin Azərbaycan, o cümlədən Qarabağa hücumu barədə də məlumatlar var. Məsələn, Qarabağdakı məşhur Topxana toponimi necə yaranıb? Müəllif göstərir ki, Ağa Məhəmməd Şuşanı mühasirədə saxlayanda topları bir yerə cəmləyir ki, bura da sonradan "Topxana" adlanır.
Edebiyat
Xacə Şah Jan Gevr · Hüquq ədəbiyyatı · 201212 okunma
·
104 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.