Gönderi

332 syf.
·
Not rated
·
Read in 11 days
Məncə Elxan Elatlıya artıq ara verməyin vaxtı gəldi. Mənim üçün çox maraqlı gəlsədə artıq yazarın dilini tamamilə mənimsədiyim üçün kitabın əvvəllərində qatili təxmini də olsa öz intuisiyamla tapa bilirəm. Sevmədiyim məqamlarda çox oldu, sevdiyim məqamlarda həmçinin. Məsələn namus məsələsinin və xəyanətin qadınlar tərəfindən törədildikdə amansızca qarşılanmasını çox gözəl vurğulayıb. Bir atanın və ya ümumiyyətlə kişi cinsinin əlində bir qadın həyatının məhv edilməsinin 2x2 olduğu açıq aşkar bildirilir. Bir qadın sadəcə həyatda sevilmək üçün çaba göstərir. Sevmədiyim məqama gəldikdə onsuzda hal hazır ki dövrdə evli qadın kişi fərq etməz başqaları ilə əlaqələri normallaşmağa getdiyi bir müddətdə ailəli bir kişinin üstəlik dövlət işçisinin bu qədər yüngül iş tutmasını heç bəyənmədim və mənə görə bir növ adi hal kimidə aşılanır. "Sevgi" adı ilə. Yanaşmam bir az sərt ola bilər ancaq bu mənim şəxsi düşüncəmdir. Bu heçdə Azərbaycan mentalitetinə uyğun deil.Üstəlik bir qadın ərini bu qədər sevdiyi halda asanlıqla necə vurula bilərdi? Bunu sevgi adlandırmaq olardımı?
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
·
572 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.