9/10
·376 syf.··
Beğendi
·
2021 77. kitabı
·
10 günde okudu
·
Okunma: 15 Ağustos 2021 08:57
“You never really understand a person until you consider things from his point of view- until you climb into his skin and walk around in it”. Atticus Amerikan roman tarixində özünəməxsus yer tutan irqi, cinsi ayrıseçkilik, sosial sinif fərqi, təhsil və cəhalət, ailə və cəmiyyətlə qarşılıqlı münasibət kimi mövzuları özündə ehtiva edən “Bülbülü öldürmək” 1961-ci ildə #pulitzerprize layiq görülmüşdür. Şübhəsiz ki, Harperin ən uğurlu əsəri hesab olunur və son dövrlərdə qaradərililərə qarşı yenidən artan nifrət hadisələrinə görə öz aktuallığını qoruyur. Əsəri romanın ən kiçik obrazı Scout (Jean Louise Finch)-un dilindən oxuyuruq. Scout qardaşı Jem və Dill ilə vaxtını keçirib, məktəb yaşından öncə oxuyub-yazmağı öyrəndiyi, geyim, hərəkət və davranışlarına görə cəmiyyətin “qız” sterotipinə uymadığı üçün ( #tomboy) daim qınaqlara tuş gəlir. Lakin atası Atticus humanist və tolerant bir insan olduğu üçün övladlarını çox sevir və onlarla faydalı vaxt keçirir. Onlara oxumaqla yanaşı empatiya, sevgi, cəsarət və ədalətsizliklə mübarizəni məhz o öyrədir. Vəkil kimi daim qaradəriləri müdafiə edən, daim problemlərini həll edən Atticus digər insanlar tərəfindən #nigerlover adlandırılır, hətta oğlu Jem ilk başlarda bunun mahiyyətini anlamadığı üçüm bundan xəcalət çəkir. empatiya- qarşındakı insanın vəziyyətində olmadığın müddətcə onu anlaya yaxud mühakimə edə bilməzsən; bülbülü öldürməmək- bülbül heç nəyə ziyan vurmadığı üçün onu öldürmək günahdır; həyat ədalətsizdir- ağdərili zənci sırf irqinə görə günahsız qaradəriliyə qarşısındakı ağdərili olduğu üçün cəza verir. Qadınlar siyasi hüquqlardan məhrum olduğu kimi, məhkəmədə şahid kimi də qəbul olunmurlar. Bir də bunu qaradərli qadın üçün təsəvvür edin, mənzərə azı 2 qat ağırdır, çünki onlar deil şahid, insan olaraq qəbul olunmurdular. hər il bir milyon satan və Scoutun hələ də bütün Amerika ədəbiyyatında ən sevilən obraz olduğu əsər! yaxşı ilə pisin birgə mövcudluğu: Scout və Jem əsərin əvvəlində insanların mütləq yaxşı olduğuna inandığı halda iki il keçdikdən sonra onlar ədalətsizliklə, pislikə üzləşərək mütləq yaxşılığın yaxud pisliyin mövcud olmadığı qənaətinə gəldilər. cinsi və irqi ayrıseçkilik: qaradərililərə və qadınlara qarşı olan ayrıseçkilik Scoutun dərin kədərinə və daimi bu vəziyyəti sorğulamasına səbəb olur. Nifrət, cahillik, önyarğı tamamilə özünü Tom Robinson və Boo Radleyin obrazlarında öz əksini tapır. Atticus Finch eyni anda cəmiyyətin həm sevgiyə, həm də nifrətinə məruz qalır. Finch humanizmin, tolerantlığın və ədalətin təcəssümüdür. İlk başda qaradərililərə dəstək olduğu üçün alçaldılan Finch, daha sonradan sırf irqinə görə ölüm hökmünə məruz qalan Tom Robinsondan sonra xalq Atticusa qibtə etdi. Susdurulmuş vicdanlarını Atticusa hörmətlə qarşısını alırdılar. mütləq oxunmalı əsər hesab edirəm! Xoş mütaliələr!
Amerika
To Kill a MockingbirdHarper Lee · Grand Central Publishing · 198888,7bin okunma
·
91 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.