Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

74 syf.
9/10 puan verdi
·
3 saatte okudu
Kitabı
Albert Camus
Albert Camus
'un yadlaşma fəlsəfəsi ilə tanış olduqdan sonra oxuduğuma sevindim, çünki burda da fərqli formada Franz Kafka'da yadlaşmayla qarşılaşdım. İcazənizlə şablon sözlərlə başlayıram. Əsərin qəhrəmanı Gregor Samsa bir gün səhər oyandığında özünü bir həşərata çevrilmiş halda görür. Çox dəhşətli bu mənzərə qarşısında Gregor çox soyuqqanlıdır, çünki özünü digər insanlardan fərqləndirən heç bir şeyin olmadığını düşünür. “Dönüşüm” əslində zahiri görünüşün başqalaşmasının ardından zehnini də itirmədən öncə Gregorun ailəsinə özünü tanıtdırma cəhdlərinin yavaş-yavaş itirilməsidir. Həmçinin əsərdə insanın təkcə özünə yadlaşması anladılmır, yadlaşmasının fərdi və toplumsal tərəflərini də göstərir. Onun yadlaşması psixoloji həcmdən toplumsal həcmə doğru açılır. Bu baxımdan əsərində böyük bir tənqidi fikirlər sezilir toplum barəsində. Samsanın bir parçası olduğu cəmiyyət maddiyyata bağlı hala gəlmişdi. Onun fiziki dəyişikliyi bəyənmədiyi toplumdan uzaqlaşmanı və ona yadlaşmasını sivmolikləşdirməkdə və modern toplum yaşamının çətinliklərindən qaçmaq istəyini göstərməkdədir. Kafka insanın yadlaşmasını bir heyvan metaforu üzərindən çatdırır. Niyə bir insan əvəzinə bir həşərat seçməsini belə açıqlayır: “Hamı özü ilə birgə daşıdığı dəmir hasarların arasında yaşayır. İndilərdə heyvanlarla bağlı bu qədər danışılmasının, yazılmasının səbəbi onların azad və təbii bir yaşama sahib olmasıdır. Hansı ki biz bu cür təbiiliyə qarşı böyük bir həsrət içərisindəyik. Lakin insanlar üçün təbii yaşam elə insan kimi yaşamaqdır. Bunu anlamırlar. Anlamaq istəmirlər. İnsan kimi yaşamaq çox çətindir, ona görə heç olmasa xəyali şəkildə bundan qurtulmaq isəyi var. İnsanca yaşamaq çox çətindir”
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022223,6bin okunma
·
132 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.