Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

236 syf.
8/10 puan verdi
·
5 günde okudu
Türk yazıçılarının kitablarından ilk oxuduğum Sabahattin Ali'nin bu kitabı oldu. Və maraqlı bir kitab olduğunu deyə bilərəm. Kitabda təsvir edilən hadisə və problemlər günümüzdə də qarşımıza çıxan şeylərdir. Kitabda ilk diqqətimi çəkən və mənim üçün kitabı daha maraqlı edən “evliliklə” bağlı olan fikirlər (Salahattin bey'in) idi. Eyni zamanda anlayacağımız qədər ilə yazıçının o dövr hakimiyyəti ilə bağlı problemləri var imiş, bunu kitabında da təsvir edib. Əslində, düzgün qiymətləndirərsək, kitabda fərqli bir şey görmədim, günümüzdə kitabda təsvir olunanlar kimi hadisələr baş verir. Ancaq bunu da nəzərə almaq lazımdır ki, kitabən 84 il öncə yazılıb. Kitabdan çıxaracağım bir nəticə oldu, daha doğrusu, evliliklə bağlı olan düşüncələrimin bir az da dəqiqləşməsinə kömək etdi. Evlilik hər kəsin bacaracağı bir iş deyil. Yazıçının həyatı ilə maraqlanmamışam, bəlkə, öz ailəsi ilə də problemləri olub və bunu kitaba yansıdıb. Həmçinin, qısaca bir nəzər yetirdim və öyrəndim ki, Sabahattin Ali'nin anası 16 yaşında evlənmiş və psixoloji problemlər yaşamışdır. Bu da onun, kitabında bu mövzu ilə bağlı niyə yazdığını göstərir. Evlilikdə ilk nəzərə alınmalı olan maddi durumdur, çünki həqiqətən, “sevgi karın doyurmuyor”. Ən əsası insanlar bunu qəbul etməli və düşünməlidirlər, zatən iş bununla da bitmir. Evliliyin, bir çox insanın həyatını necə məhv etdiyini də görürük. Amma hər nəysə... :)
Kuyucaklı Yusuf 
Kuyucaklı Yusuf Sabahattin Ali · İş Bankası Kültür Yayınları · 2019173,7bin okunma
·
501 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.