Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

256 syf.
5/10 puan verdi
·
4 günde okudu
Bu kitabın adını ilk gördüyümdə
Çərpələng Uçuran
Çərpələng Uçuran
kitabına bənzəyəcəyini fikirləşmişdim amma təəssüf ki, oxuduqdan sonra düşüncələrimdə yanılmış olduğumu anladım. Çünki, mövzunun, daxilindəki hadisələrin kitabın adı ilə heç bir əlaqəsi yoxdur. Onu da qeyd edim ki, kitab çox adi yazılmış kimi gəldi mənə. Yəni sanki hadisələr yazıçının ağlına bir anda gəlib və yazmağa başlayıb. Kitab 16 yaşındakı yeniyetmə Holdenin məktəbdən qovulduqdan sonra başına gələn hadisələrdən bəhs edir. Bəzi hissələrini bəyənsəm də, ümumi olaraq baxdığımda kitabın çox yerini bəyənmədim. Hətta yarısına çatanda kitabı yarımçıq saxlamağı belə düşündüm. Amma sadə dildə yazıldığı üçün oxumağa davam etdim. Hadisələrin gedişatı zamanı Holdenin davranışları ilə yanaşı, kitabda çox vaxt bəzi biədəb sözlərin işlənməsi də narahatçılıq yaratsa da, sevdiyim hissələri də oldu təbii ki. Ən sevdiyim hissələr Holdenin xərçəng xəstəliyindən vəfat edən qardaşı Alli haqqındakı xatirələrini danışması və bacısı Fibi ilə olan münasibəti idi. Nəticə olaraq onu deyə bilərəm ki, o qədər də oxunmağa dəyər bir kitab deyil.
Çovdarlıqda Uçurumdan Qoruyan
Çovdarlıqda Uçurumdan QoruyanJ. D. Salinger · Qanun Nəşriyyatı · 201559,1bin okunma
·
286 görüntüleme
admiral914 okurunun profil resmi
Holdenin bir anti-qəhraman olduğunu öyrənəndən sonra kitaba qarşı olan nifrətim yerini biraz anlayışa buraxdı, amma yenə də kitabı mənə heçnə sevdirə bilmədi.
Reina okurunun profil resmi
Sən də sevməyənlərdənsə hə :D
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.