·128 syf.··Beğendi
···Okunma: 23 Ağustos 2021 10:46 "İtlər insanın ən sadiq dostudur.." mükəmməl detaysan Hachiko.♥︎♕︎
Hachiko sahibi Ueno ilə birlikdə hər gün stansiyaya gedir. Hachiko sahibinin qayıdacağı vaxtı bilir və hər dəfə eyni saatda onun yolunu gözləyir. Amma bir gün...
Hachiko nə qədər gözləsə də, Professor Ueno gəlib çıxmır. Sizcə, it ölümün nə olduğunu anlayar və ya siz ona bunun nə demək olduğunu başa sala bilərsiz? Təbii ki, yox. Sırf buna görə Hachiko hər gün eyni vaxtda, eyni yerdə Stansiyaya gedib sahibini gözləyir, beləliklə 10 il keçir...
Hachiko ölür, onun gözlədiyi Stansiyada Hachikonun heykəli qoyulur...
Yasuo sevdiyi qıza bu heykəlin qarşısında evlilik təklif edir. Hal-hazırda bu hadisə Yaponiyada adət halını almışdır. İnsanlar sevgilərini, sədaqətli olduqlarını Hachikonun heykəli qarşısında sevdiklərinə etiraf edirlər. Bir növ "Hachikonun sahibinə bağlı olduğu kimi sənə bağlı olacam" demək istəyirlər...♡︎
Hachiko ilə sahibi arasında olan bağlılığı hiss edib, təsirlənməmək qeyri-mümkündür..
"Hachiko bize hiçbir zaman vazgeçmemeyi öğretti, bize sadakati ve bağlılığı öğretti. Umudu ve inancı öğretti. Sabri ve sorumluluğu öğretti. Ama hepsinden öte, Hachiko bize arkadaşlığın gerçek anlamını öğretti.♡"