Gönderi

320 syf.
·
Not rated
Həyat və Yaşam❤
‍Guillaume Musso-Orada olacaqsanmı? Elə bir kitab oxuyacaqsız ki,oxuduqca bir möcüzəyə,min bir xəyala inanacaqsınız.Keçmişdə yarım qalmış,gələcəkdə taleyi hələ bəlli olmayan arzularınız yaranacaq.Bütün istəklərinizin,bütün xəyal və ümidlərinizin gerçəkləşməsi sizi çox xoşbəxt edəcək.Bunun üçün taleyin rolunu dəyişmək lazım gəlsə belə düşünmədən bunu edəcəksiniz. Möcüzələr var və onları biz,özümüz yaradırıq.Sonra reallaşdırırıq.Gücümüz və sevgimiz bütün möcüzələrə səbəb olur.Peşmançılıqlarla dolu bir həyat yaşamaqdansa,möcüzələrlə dolu bir həyat yaşayın.Sevin,sevilin və yaxşılıq edin.Arzularınızın qanadlanmasına,uçub sizi xoşbəxt etməsinə şərait yaradın.Siz möcüzənin özüsünüz və bunu bilərək yaşamağa davam edin. Bir gün hər kəs orda olacaq.Kimisi özünə baxanda gülümsəyəcək,kimisi isə özünə baxmağa çəkinəcək.Həyatınızı özünüzə hər zaman gülümsəyərək baxmaq üçün yaşayın. Mən orda olacağam.Özümə-Səni dünyanın ən xoşbəxti etmək üçün çox çalışdım və bununla da Səni qürurlandırdım deyəcəyəm❤. Bəs Siz?! Kitabın qiyməti:9.99 Azn Kitabın alındığı yer:@libraff.az #bookblogger #book #books #oradaolacaqsanmı #guillaumemusso #life #love #instagram #kitab #super
Orada Olacaqsanmı?
Orada Olacaqsanmı?Guillaume Musso · Qanun Nəşriyyatı · 201835 okunma
·
81 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.