Sevda MusayevaMiriyeva

Sevda MusayevaMiriyeva
@boookcolic
Kitabları və onların bəxş etdiyi xoşbəxtliyi-Sevirəm İnstagramda takip etsəniz şad olaram
Mühəndis
Bakalavr,Magistr
5 October 1992
11 reader point
Joined on February 2021
Şu anda okuduğu kitap
Reklam
240 syf.
·
Not rated
Əfşar
Nicat Kazımov- Madam Floranın Rəngli Daşları Həyatımda ilk kitab ola bilər ki,uzun müddət əvvəl bitirməyimə baxmayaraq məndə yaratdığı təsiri sözlərlə ifadə edə bilmirəm.Oxudum,bitirdim,fikirləşdim ki,bir neçə günə yazaram fikirlərimi...Mümkün deyil...Hər dəfə düşünürəm,ya hisslərimin qarşılığını izah edəcək söz tapmıram,ya da təəsüratlarımın tam təsvirini... İlk başlarda hisslərimi tam aydın və ətraflı izah etmək üçün qısa qeydlər belə yazırdım,sonra davamı necə olacaq düşüncəsi yazmağı unutdurdu. Sonunda bu möhtəşəm romanı sizinlə bölüşmək qərarına gəldim,çünki hisslərimi yenə sözlərlə,cümlələrlə ifadə edə bilmirəm. Madam Floranan eyni ortaq cəhətimizin olmasına sevinirəm.O daşlarla,mən fincanlarla... *,intihar zəiflərin seçimidir.Mən elə fikirləşmirəm.İntiharı çox güclü insanlar bacarır.O tətiyi çəkmək və ya stola təpik vurmaq böyük iradə tələb edir *Əslində,günah sözünün özünü də rədd etmişdim.Günah deyilən bir şey yoxdur."İstədim,etdim və oldu".Vəssalam. @rengli_daslar.kitab #bookblogger #madamfloranınrənglidaşları #instagram #boookcolic
Sevda MusayevaMiriyeva
Sevda MusayevaMiriyeva
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma

Reader Follow Recommendations

See All
420 syf.
·
Not rated
Mənim payım
Pərinuş Sənii-mənim payım Sevgi nədir? Sevgi,müxtəlifdir,çoxşaxəlidir və insanlara,düşüncələrə görə dəyişir. Sevgi,sərhəddir?tabeçilikdir?azadlıqdır?tərkedilmişlikdir? Niyə insanlar sadəcə istəyir ki,sən onu anlayasan,sən onun fikirlərini qəbul edəsən və ancaq sən razılaşasan.Niyə cəmiyyət qəbul etmək istəmir?Müasirliyi,fərqliliyi,yenilikçiliyi... Böyüklər və ya başqaları üzərində mənəvi hüquqlarının olduğunu düşünən hər kəs,niyə qarşısındakını xoşbəxt və sevgi dolu görməyə tab gətirmir? İnsanlar və fikirlər. Lənətə gəlmiş cahillik,lənətə gəlmiş hörmət,lənətə gəlmiş sayğı... Cəmiyyət və formalaşma...Qruplar və topluluq... Din,qadağa,kütləlilik,tabelilik... Anlamaq istəmirəm,bəlkə də anlamaq mənə çətin gəlir,dəyişmək və inkişaf etmək çətin deyil.Xəyal etmək və reallaşdırmaq əlçatan bir duyğudur... Yersiz yerə yersiz mövzular əvəzinə,lazımı yerdə ağıllı,məntiqli və çarəyönümlü olmağınızı arzu edirəm... Həyatınızda oyuncaq deyil,oyunçu olun.Fərq etməz qalibi və yaxud məğlubu...Baş rolda özünüz olduqdan sonra sonunda xoşbəxt olacaqsınız... #bookblogger #book
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,551 okunma
200 syf.
·
Not rated
Sən və sən❤
‍Paul Auster-Qaranlıqdakı Adam İlk öncə qeyd edim ki,müəyyən müddətdir ki,kitab oxumağa ara vermişdim. Fasilədən sonra ilk bitirdiyim kitab bu kitab oldu. Çaşqınlıq,maraq,maraqsızlıq və təbəssümlü son...Saydığım hisslərin hamısını yaşayaraq oxudum.Maraqsızlıq hissəsində bitirməməyi düşünsəm də yaxşı ki,sona qədər oxudum. İnsan həyatının qaranlıq dönəmlərini,təxəyyüllərinin idarə olunmasını,hər qaranlığın son deyil də günəşli bir günə təməl yaratmasının əyani sübutudur kitab.Sonun da xoş mesajlar və ya xoş düşüncələr yaradan kitabları sevirəm.Düşünürəm ki,qaranlıqda hiss edirsizsə,orada ilişib qalmaqdansa,günəş şüasının zərrəciklərini axtarıb tapmağa köklənəsiniz.Bir arzu,bir xəyal yaratmaq bədbinlikdən daha asan və əlverişlidir. Həyatınızın hər bir zaman dilimində mütləq ki,günəş şüası vardır.Baxmasını və görməsini bilənə... "Bu qəribə dünya fırlandıqca"öz arzu və istəklərinizin reallaşmasında və özünüzün xoşbəxt olması yolunda çalışın❤ *Birdən oyanmamış ölsəm.Necə sürətli keçir.Dünən uşaq,bu gün qoca kişi(qadın),dünəndən bu günə nə qədər ürək döyüntüsü,nə qədər nəfəs,nə qədər deyilmiş və eşidilmiş söz?Ey kimsə,toxun mənə.Əllərini üzümə qoy və mənimlə danış. Kitabın qiyməti:6.30 Azn Kitabın alındığı yer:@libraff.az #bookblogger #boookcolic #libraffbooks #paulauster #qaranlıqdakıadam #life #sun #love #instagram #aztagram
Qaranlıqdakı Adam
Qaranlıqdakı AdamPaul Auster · Teas Press Nəşriyyatı · 2018445 okunma
Reklam
320 syf.
·
Not rated
Həyat və Yaşam❤
‍Guillaume Musso-Orada olacaqsanmı? Elə bir kitab oxuyacaqsız ki,oxuduqca bir möcüzəyə,min bir xəyala inanacaqsınız.Keçmişdə yarım qalmış,gələcəkdə taleyi hələ bəlli olmayan arzularınız yaranacaq.Bütün istəklərinizin,bütün xəyal və ümidlərinizin gerçəkləşməsi sizi çox xoşbəxt edəcək.Bunun üçün taleyin rolunu dəyişmək lazım gəlsə belə düşünmədən bunu edəcəksiniz. Möcüzələr var və onları biz,özümüz yaradırıq.Sonra reallaşdırırıq.Gücümüz və sevgimiz bütün möcüzələrə səbəb olur.Peşmançılıqlarla dolu bir həyat yaşamaqdansa,möcüzələrlə dolu bir həyat yaşayın.Sevin,sevilin və yaxşılıq edin.Arzularınızın qanadlanmasına,uçub sizi xoşbəxt etməsinə şərait yaradın.Siz möcüzənin özüsünüz və bunu bilərək yaşamağa davam edin. Bir gün hər kəs orda olacaq.Kimisi özünə baxanda gülümsəyəcək,kimisi isə özünə baxmağa çəkinəcək.Həyatınızı özünüzə hər zaman gülümsəyərək baxmaq üçün yaşayın. Mən orda olacağam.Özümə-Səni dünyanın ən xoşbəxti etmək üçün çox çalışdım və bununla da Səni qürurlandırdım deyəcəyəm❤. Bəs Siz?! Kitabın qiyməti:9.99 Azn Kitabın alındığı yer:@libraff.az #bookblogger #book #books #oradaolacaqsanmı #guillaumemusso #life #love #instagram #kitab #super
Orada Olacaqsanmı?
Orada Olacaqsanmı?Guillaume Musso · Qanun Nəşriyyatı · 201836 okunma
512 syf.
·
Not rated
Sadəcə bir şans var
Loren Oliver-Yıxılmadan öncəki mən Bu kitabı oxumadan əvvəl onun belə möhtəşəm olacağını təsəvvür etmirdim.İlk 90 səhifə düşündüm ki,sadə və əyləncəli dildə yazılmış romandır.Hər şey II fəsildən sora başlayır desəm yanılmamış olaram. Mənə qatdığı düşüncə və hissiyata görə-insanın həyatı boyunca adiləşən,hər gün təkrarlanan hadisələrin belə əslində necə dəyərli və səni necə xoşbəxt etdiyini anlamırsan.Və bu həyatın bir gün bitməsini düşünmədən yaşamağa davam edirsən.İnsanları adı bir sözlə,xırda bir hərəkətlə də sevindirməyin mümkün olduğunu hiss etdirir. Yaşamalı olduğunuz həyatın daha maraqlı və unudulmaz olması sizin əlinizdədir.Bu həyatda məqsədlərinizin və arzularınızın olması isə çox vacibdir.Yoxsa,sadəcə bir ot,bir ağac və bir qurddan fərqimiz olmur deyə düşünürəm.Verilən şansın sadəcə bir dəfə olduğunu unutmadan yaşamaq diləyirəm hər birinizə.
Ben Ölmeden Önce
Ben Ölmeden ÖnceLauren Oliver · Artemis Yayınları · 2019177 okunma
432 syf.
·
Not rated
·
Liked
Bağlı Qapılar Arxasında
‍B.A.Paris-Bağlı Qapılar Arxasında *Bəlkə də,o tip kitablardandır ki,qısa fraqment vermədən belə almağınızı tövsiyə edə bilərəm.Kitab insanı özünə cəzb etdirə bilir və sonuna çatmaq üçün oxucunu səbirsizləndirir. İnsan həyatının kənardan göründüyü kimi olmadığının,hər gülən üzün xoşbəxtlik simvoluna çevrilməməsinin sübutudur kitab. Sonunda yaşanan hadisələr təəccüb hissi yaşadır və sevincə səbəb olur. Kitabın sadə dildə tərcüməsini,axıcı şəkildə oxuna bilməsini sevdim.Və mütləq oxunacaq kitablar siyahınıza əlavə etməyinizi istəyirəm.
Bağlı Qapılar Arxasında
Bağlı Qapılar ArxasındaB. A. Paris · Teas Press Neşriyyatı · 2018447 okunma
Hamamböcekleri
HamamböcekleriJo Nesbo
7.9/10 · 713 reads
304 syf.
·
Not rated
·
Liked
·
Read in 6 days
Leyla və Sevgi
İnsan həyatının bir anda necə pisləşməsindən,əzab-əziyyətindən bəhs edən bir kitab.Avtobioqrafik xarakter daşıyır. Kitabın oxuculara-Həyatda nə baş verirsə versin,hər bir qışın ardınca mütləq yazın gələcəyini vurğulamağını sevdim. Leylanın-bu qədər işgəncələrə,çarəsizliklərə baxmayaraq yenə də ümidinin olması,sonda həyatına yazın gəlməsi məncə,insanlara bir növ heç bir çətinlik zamanı ümidisizləşməməyi və sonacan mübarizə aparmağı aşılayır.Həyatının xoşbəxt sonluqla bitməsi və sevginin qalib gəlməsi bu heyakəni oxuyanın üzündə təbəssüm yaradacaq. Odur ki,apardığınız mübarizədə heç vaxt geri çəkilməyin,çünki həyat zəifləri sevmir.O güclü və əzmkar insanların yanındadır. *Mənim şüarım belədir:"Həyat sənə verdiyi hər şeyi götür".
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177.4k okunma
Reklam
240 syf.
·
Not rated
·
Liked
·
Read in 8 days
Xəz Paltolu Madonna
Kitab haqqında onu deyə bilərəm ki,oxunası kitabdır.Lakin,mən bəzi hissələrini və daha çox sonunu sevmədim.Acizliyi nümayiş etdirir deyə düşünürəm.İlk görüş,daha sonra yaranmış dostluq,sonda sevgiyə çevriliş.Sevginin yüksək dərəcə olduğunu bildirdikdən sonra olanları bəyənmədim.Sanki taleyin ümidinə buraxılmış həyat tərzi hiss etdim.Ancaq,əvvəllərdə münasibətin dərinliyi bunu hiss etdirmirdi. Sonu bu qədər sadə və heç bir mücadiləsiz bitməməliydi. Oxuyacaq insanlara xoş mütaliələr arzu edirəm.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315.4k okunma
Buna əsasən də nəyin yaxşı və lazımlı olduğu ilə bağlı fikir yürüdərkən insanların dedikləri,etdikləri və "tərəqqi"əsas deyil,mən və mənim qəlbim əsasdır.
2021 READING GOAL
8/40 books - %20 completed
8 books read
40 books
2,400 pages
6 reviews
1 quotes