Gönderi

420 syf.
·
Not rated
Mənim payım
Pərinuş Sənii-mənim payım Sevgi nədir? Sevgi,müxtəlifdir,çoxşaxəlidir və insanlara,düşüncələrə görə dəyişir. Sevgi,sərhəddir?tabeçilikdir?azadlıqdır?tərkedilmişlikdir? Niyə insanlar sadəcə istəyir ki,sən onu anlayasan,sən onun fikirlərini qəbul edəsən və ancaq sən razılaşasan.Niyə cəmiyyət qəbul etmək istəmir?Müasirliyi,fərqliliyi,yenilikçiliyi... Böyüklər və ya başqaları üzərində mənəvi hüquqlarının olduğunu düşünən hər kəs,niyə qarşısındakını xoşbəxt və sevgi dolu görməyə tab gətirmir? İnsanlar və fikirlər. Lənətə gəlmiş cahillik,lənətə gəlmiş hörmət,lənətə gəlmiş sayğı... Cəmiyyət və formalaşma...Qruplar və topluluq... Din,qadağa,kütləlilik,tabelilik... Anlamaq istəmirəm,bəlkə də anlamaq mənə çətin gəlir,dəyişmək və inkişaf etmək çətin deyil.Xəyal etmək və reallaşdırmaq əlçatan bir duyğudur... Yersiz yerə yersiz mövzular əvəzinə,lazımı yerdə ağıllı,məntiqli və çarəyönümlü olmağınızı arzu edirəm... Həyatınızda oyuncaq deyil,oyunçu olun.Fərq etməz qalibi və yaxud məğlubu...Baş rolda özünüz olduqdan sonra sonunda xoşbəxt olacaqsınız... #bookblogger #book
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,571 okunma
·
109 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.