Gönderi

Sizə 3 sualım var.Biri əxlaqi,biri fəlsəfi,biri də praktiki.
8/10
·408 syf.··
2021 31. kitabı
·
1 saatte okudu
·
Okunma: 27 Ağustos 2021 06:46
Əxlaqi sual:Dəyər verdiyiniz birinin ölümlə üzləşdiyini düşünün.Sizin onu 50% ehtimalla qurtarmaq şansınız var.Digər 50 % ehtimalla hər ikiniz öləcəksiniz.50%ehtimalla ölümü gözə alıb ona yardım mı edərsiniz yoxsa 100% ehtimalla  sadəcə öz sağlığınızı mı qoruyardınız? Fəlsəfi sual:Fədakar insanı qorxunc ölümü gözə alaraq yaxınını qurtarmasına nə vadar edir? Praktiki sual:Siz ölümü gözə alaraq ona kömək edərmiydiniz? Bu əxlaqi və praktiki sualların cavabı əksər insanlar üçün eynidir,ancaq fəlsəfi suala veriləcək cavablar müxtəlifdir. Bu 3 sual forması romandakı Şon Onilin bir qaydasıdır.O müəyyən vəziyyətlərdə qarşılaşdığı insanlara müxtəlif əxlaqi,fəlsəfi və praktiki suallar verir.Məncə biz də həyatımızın müəyyən situasiyalarında vəziyyətə uyğun özümüzə biri əxlaqi,biri fəlsəfi,biri də praktiki olmaqla 3 sual verməliyik. Romanın ümumi təhlili ilə bağlı deyə bilərəm ki,romanın psixoloji və dedektiv qismi yaxşı yazılıb,amma baş qəhrəmanların arasındakı sevgi münasibəti mənə bayağı gəldi.Gözəllik yarışmaları qazanmış,kişilərin baxışları üzərində olan,lakin onların heç birinə baxmayan gözəl qadın Erin və onun vurulduğu lakin başlıqda ona laqeyd olan fədakar amma eqoist,ağıllı lakin öz fikirlərini paylaşmayan,sirli,heçkimə güvənməyən Şon Onil.Bu xarakterləri artıq illərdi görürük,məncə yazar sevgi münasibətini daha fərqli və maraqlı tərzdə yaza bilərdi. Yazar psixoloq olduğu üçün romanın psixologiya ilə bağlı qismi çox dolğun və gözəl yazılmışdır.Dedektiv qismi də psixologiya ilə bağlantılı olduğu üçün yaxşı alınmışdır. Kitabı oxuduqca tez-tez özümə bu sualı verdim:Görəsən mən həmin situasiyada nə edərdim? Rövşən Abdullaoğlu romanlarının ən bəyəndiyim xüsusiyəti kitabda söhbət açılan fəlsəfi-psixoloji məsələlərdir və hər bir romanında fərqli mövzular üzrə fəlsəfi söhbətlər gedir.Misalçün "Relslərə uzanmış adam" romanında din,milliyyətçilik,sevgi,kişi və qadın arasındakı münasibətlərdən daha çox danışıldığı halda "Bu şəhərdə kimsə yoxdur"romanında çətinlik və onunla necə mübarizə aparmalı,ölüm və xoşbəxtlik haqda mövzulardan bəhs edilir."Abaddon" romanında isə fədakarlıq,qorxu,vicdan və vicdan əzabı kimi mövzulardan daha çox bəhs olunub. Romanlar arasındakı bəzi oxşarlıqlar da diqqətimi çəkdi belə ki, "Relslər üzərinə uzanmış adam" romanında bosniyanın təbiətindən,tarixi abidələrindən,Mostar şəhərinin qədimiliyindən danışıldığı kimi "Abaddon" romanında  İrlandiyanın təbiəti və tarixi,Kork şəhərnin qədimiliyi haqda yazar məlumət verir. Həmçinin oxuduğum 3 romanında da pozitiv psixologiyanı görmək mümkündür. Yazarın əvvəl qələmə aldığl romanlarında məsələn "Bu şəhərdə kimsə yoxdur" romanında hadisələr baş verdikcə ona uyğun qurandan və ya hədislərdən sitatlar gətirilərdi,düşünürəm ki daha geniş oxucu kütləsi əldə etmək üçün "Abaddon" romanında bu sitatlara yer verilməyib.Çünki müxtəlif inanclara sahib çoxlu insan var.Mənim bir dini inancım olmasa da "Bu şəhərdə kimsə yoxdur" və ya "Relslər üzərində uzanmış adam" kimi qurandan gətirilən sitatlı romanlarını daha çox bəyənirəm. Ümumiyyətlə yazçının insan psixologiyasını yaxşı təsvir etdiyini düşünürəm.Psixologiya ilə maraqlanan və oxuduqca sıxılmaq istəməyən insanların Rövşən Abdullaoğlu romanlarını oxumasını tövsiyə görürəm.
Roman
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024762 okunma
·
940 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
kral formunda yine