Gönderi

240 syf.
·
Not rated
·
Read in 14 days
Dedektiv oxucusu olmadığım üçün indiyə kimi oxuduğum ən gərgin əsər idi. Əsər dedektiv janrda deyil, sadəcə ortada işlənən cinayətdən geriyə qalanlar oxucunun sinirlərini yetərincə gərirdi. Əsərin bütün qəhrəmanları eqoist, yalnız öz xeyrini güdən, axmaq insanlardır. Eqoist olduqları üçün həyatları da bir o qədər hirs, kin, ehtiras və intiqam arasında gedib gəlir. Nə qədər hər biri özünə vurğun olsa da, bunu ən pik həddə yaşayan Tereza və Loren idi. Hər ikisinin tez-tez dəyişən ruhi vəziyyətlərini oxumaq məni bəzən yordu. Yazı texnikasına gəldikdə, Zola həmişəki kimi qələminin gücünü ortaya qoymuşdu. Çox açıqlamağa ehtiyac duyulmadan da qəhrəmanlarının necə mənfəətçi varlıqlar olduğunu başa düşmək olur.
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,692 okunma
·
190 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.