Tereza Raken 

Emile Zola

Comments and Reviews

See All
240 syf.
7/10 puan verdi
·
Read in 28 hours
Fransız ədəbiyyatında özünəməxsus yer tutan, naturalist yazar Emile Zola Tereza Raken romanında maraqlara əsaslanan insan münasibətlərini, basdırılmış duyğuları və onların insanı gətirdiyi nöqtələri bütün çılpaqlığı ilə gözlər önünə sərir. Fərdin daxili tənhalığı, xoşbəxtlik axtarışları, qorxularının ustalıqla təsvir olunduğu əsərdə insan ruhunun
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
Reklam
240 syf.
·
Not rated
·
Read in 14 days
Dedektiv oxucusu olmadığım üçün indiyə kimi oxuduğum ən gərgin əsər idi. Əsər dedektiv janrda deyil, sadəcə ortada işlənən cinayətdən geriyə qalanlar oxucunun sinirlərini yetərincə gərirdi. Əsərin bütün qəhrəmanları eqoist, yalnız öz xeyrini güdən, axmaq insanlardır. Eqoist olduqları üçün həyatları da bir o qədər hirs, kin, ehtiras və intiqam arasında gedib gəlir. Nə qədər hər biri özünə vurğun olsa da, bunu ən pik həddə yaşayan Tereza və Loren idi. Hər ikisinin tez-tez dəyişən ruhi vəziyyətlərini oxumaq məni bəzən yordu. Yazı texnikasına gəldikdə, Zola həmişəki kimi qələminin gücünü ortaya qoymuşdu. Çox açıqlamağa ehtiyac duyulmadan da qəhrəmanlarının necə mənfəətçi varlıqlar olduğunu başa düşmək olur.
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
240 syf.
6/10 puan verdi
·
Read in 3 days
Bu kitab biraz "Amerika Faciesini",biraz "Madam Bovarini" xatirlatdi.Kamilliyle evli olan Tereza bir gun Loran heyatina daxil olur ve oz hissleriyle basa cixa bilmir.Loran ve Tereza ozlerine mane olan Kamilini oldurmekle her seyin yaxsi olacagini fikirlesse de tamam ferqli oldu.Eserde bas veren pesmancilik,bir-birlerini olan itthamlar oxucularda eks etdirir.Sonluğunu texmin edile bilen idi.Oxumağinizi tovsiyye edirem
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
240 syf.
3/10 puan verdi
·
Liked
Emil Zolya "Tereza Raken" 3/5 Kitab çox sıxdı məni. Uzunçuluq çox idi. Amma, kitabın sonuna yaxın fikrim müsbətə doğru dəyişdi. Bir az empatiya quraraq oxuyurdum. Özümü Loranın yerinə qoyurdum. Təsəvvür edin birini öldürmüsünüz. Və onun kabusu sizi rahat buraxmır. Gördüyünüz, getdiyiniz hər yerdə sizinlədir. Fikirləşdikcə canıma vicvicə düşürdü. Yasak aşkdan doğan cinayətdən söz gedir kitabda.Loran və Tereza istəklərini həyata keçirmək üçün Kamilli öldürürlər. Əsərdə ifrat dərəcədə ehtirasdan yaranan cinayətin doğurduğu fəlakət göz önünə gətirilir.
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
Reklam
240 syf.
·
Not rated
Naturalist cərəyanın önə çıxan fransız yazıçısı Emil Zolyanın 26 yaşında qələmə aldığı roman. Bu kitabı da oxumağa qərar verməmişdən qabaq ətrafımdakı insanların oxuyub oxumadığı ilə maraqlandım. Təəssüf ki, qışın ən sərt şaxtası qədər insanın iliyinə işləyən bu roman da oxucular arasında çox tanınmamaqdadır. Romandakı təsvirlər, obrazların
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
240 syf.
7/10 puan verdi
·
Liked
Hər şey insanı cinayətə sürükləyə bilərmi? Məhəbbət, ehtiras, bəlkə elə adi həvəs? Bəlkə neçə illərdən yığılıb qalan ümidsizliyin ani əsəblə əvəzlənməsi və bununla revanşizm? Həqiqətən, necə yaşayırıq? Bu həyat bizi qane edirmi? Ya hər gecə yatanda qurduğumuz xülyalar bizim həyatımıza çəhrayı örtük salır? Bəs yaşadığımız həyatdan həqiqətənmi zövq almırıq və ya biz bundan sadəcə bir müddətlik uzaqlaşmaq istəyirik? Gedəcəyimiz yerdə bizi xoşbəxtlik gözləyirmi? Hər şeyin dəyişiləcəyinə ümid etmək yerinə inanırıqmı? Bunları demək istəyir Zolya kitabında.
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
240 syf.
·
Not rated
·
Liked
Emile Zola "Tereza Raken"
"Tereza Raken" 1867-ci ildə fransız yazar Emile Zola tərəfindən qələmə alınıb. Oxucular tərəfindən maraqla qarşılansa da tənqid atəşinə tutulub, əxlaqsızlıqla ittiham edilib və "Tereza Raken" jurnalistlər tərəfindən "çirkin ədəbiyyat" adlandırılıb. Halbuki , yazıçının məqsədi fiziki cəhətdən güclü bir kişi ilə uşaqlıqdan bibisinin himayəsində - xəstə bibisi oğlu ilə - yaşayan qadının timsalında , insanın heyvan mənşəyini açmaq , bu varlıqların amansız dramını göstərmək idi. "Həyat - içindəki səhifələri dəyişmək mümkün olmayan kitabdır! "
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
240 syf.
·
Not rated
·
Read in 71 days
Zaman keçdikcə, maraqların və hisslərin dəyişməsi, heyvani duyğuların insanı hansı addımlara sürükləyəcəyinə dair inanılmaz dərəcədə gözəl yazılmış bir əsər. Vəhşilik, insanlıq, humanizm, vandalizm kimi bir sıra məsələlər öz əksini tam olaraq bu əsərdə tapır.
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
Reklam
240 syf.
·
Not rated
Tereza uşaq yaşınada anasını itirdiyi üçün atası onu bibisinin himayəsinə verir.Bibisinində Tereza yaşlarında zəif,xəstə Kamill adlı oğlu olur.Xanım Raken uşaqları birgə böyütməyə başlayır.Lakin oğluna verdiyi dərmanlardan Terezayada verir,bir sözlə,onada xəstə kimi davranır.Uşaqlar böyüyəndən sonra xanım Raken oğlu ilə Terezanı evləndirmək fikrinə düşür və bunada nail olur.Evli cütlük bir müddət sonra Parisə köçürlər və bir gün Kamillin qabağına uşaqlıq dostu Loran çıxır.Dostlar yenidən əlaqə saxalyırlar və hər gecə Loran Rakenlərin evinə qonaq gəlir.Və bir gün evin gəlini olan Tereza ilə gizlin bir ilişkiyə başalyırlar.Lakin bir müddət sonra bu iki şəxsin daha rahat görüşməsi üçün ağıllarina bir fikir gəlir-Kamilli öldürmək.Iki qatil əlbir olub Kamilli öldürürlər və əsaa hadisələrdə buradan başlayır.Kitabı oxuyanda əsəbləşməmək mümkün deyil.Mən ən böyük günahı Terezada görsəm də bibinin özündə də sehvləe vardı.Kitabın sonunu daha çox bəyəndim hər kəs layiq olduğu həyatı və sonu yaşadım.Kaş hər kəs yaşatdığını yaşasa. Ps:Oxuyanlara tövsiyyəm gecə oxumamağınızı tövsiyyə edirəm.Biraz ürküdücüdü
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,679 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.