Sındırılmış Qanadlar
10/10
·88 syf.··
Beğendi
·
2021 1. kitabı
Mənim ruhuma ən doğma gələn yazarlardan biri və bəlkə də birincisi Xəlil Cübrandır. Bu kitab onun yaşadıqlarını qələmə aldığı xatirələridir. Millətlərin çürük qanunları və eybəcər "mentalitet" illuziyasının sürüklədiyi uçurumdan atlayan növbəti qurbanın hekayəsini dinlədim. Cübranın öz mənəviyyatı və xəyalpərəst dünyasındakı əxlaqi dəyərləri ilə yaşadığı iztirabları mükəmməl bədiiliklə sorğuladığı bu səhifələrdə, o həm də məhəbbətin yetkin obrazını göstərir. Oxucu fədakarlıq və aciziyyət, qərarsızlıq və təslimiyyət, hünər və qorxaqlıq arasında incə cizgiləri tanımaq istəyirsə, bu kitaba göz atsın. Xoş mütaliələr!
Aşk
Kırık KanatlarHalil Cibran · Türkiye İş Bankası Kültür Yayınları · 202512,4bin okunma
·
152 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çox gözəl bir incəlmə olub 😊👌🏻
Payız adam
Gönderi Sahibi
Təşəkkür edirəm dostum😊