Gönderi

Hobbit
10/10
·366 syf.··
Beğendi
·
2021 2. kitabı
İnanılmaz macəralar, mükəmməl qəhramanlıqlar, həyat və əyləncə dolu mahnılar, gülüşlər, möhtəşəm mənzərələr və daha nələrlə zəngin gözəl bir kitab! Bir dünya! Tolkienin yaratdığı bu dünyanın hər köşəsini cənab Bilbo Bagginslə bərabər dolaşıb macəralarına şahid olmaq gözəl idi. Tolkienin fantastik təxəyyülündə baş verən hadisələrə daxil olduqda, mənim üçün duyduğum ən gözəl hiss, öz həyatıma yeni macəralar qatmaq istəyi oldu. Bu istək inanıram ki bu kitabı oxuyan hər kəsdə yaranıb. Çünki bir zamanlar evindəki rahatlıqdan xoşnut, özünü çətinliyə salmağı sevməyən, çətin anlarla üzləşəndə daima şikayətlənən və evdə olmağı arzulayan Bilbo`nu dəyişdirən, ona həyat təcrübəsi qazandıran, əsl potensialını görməsinə, və bunu dürüstlük və əxlaq çərçivəsində etməsinə imkan yaradan bu səyahət, oxunması lazım olan çox gözəl kitablardan birində, ən gözəl şəkildə təsvir olunub! Həyatınıza yeni macəralar qatmanız üçün sizi ruhlandıracaq bir kitab istəyirsinizsə, ən yaxın kitab mağazasından Hobbit`i soruşun.
Macera
The HobbitJ. R. R. Tolkien · Houghton Mifflin Harcourt · 200717,2bin okunma
··
783 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
👌🏻👌🏻😊
Payız adam
Gönderi Sahibi
🤗🥰