·244 syf.··Beğendi
···Okunma: 03 Eylül 2021 19:39 OUTLIERS: the story of success
: MALCOLM GLADWELL
Kitab barədə rəyi müəllifin ad gününə tuş gətirdim Ad gününüz mübarək cənab Gladwell!
İki hissədən ibarət olan kitab bizi inandırmaq istəyir ki, öz sahəsində dünya səviyyəsində ad qazanmış insanların uğurunun səbəbi təkcə talant/istedad deyil.
Bəs istedaddan daha çox onları indi olduqları yerə nə gətirib Şans əsasında üstünlük və 10.000 saat praktikası! Dahi Morzart ilk əsərlərini erkən yaşlarında ərsəyə gətirsə də onlar adi pionist əsərlərindən fərqlənmirdi. Bizim bildiyimiz #mozart-a isə 10.000 saatlıq praktikadan sonra çevrilib!
İkinci hissə isə məhz qazandığımız uğurlarda mədəni mirasın rolundan bəhs edir! Təyyarə qəzalarının nə üçün güc indeksinin yüksək yerlərdə baş verdiyini, nə üçün asiyalıların riyaziyyatda daha yaxşı olduğunun mədəni irsə bağlılığı bir müddət sizi şoka sala bilər
Bəs uğurlu Xokkey oyunçularının ilin ilk yarısında, məşhur kompyuter mühəndislərinin 1950lərdə dünyaya gəlməsi?
Düyü əkib becərməyin nəsillər keçdikdən sonra riyaziyyatda düha olmağın əlaqəsi?
Odur ki, kitabı oxuyun və bir qədər baxış tərzinizi dəyişin!
Xoş mütaliələr!