Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Bugünkü dünyamızın insanları heç bir inancı olmadan yaşayırlar. İnsanların bir bölüyü (oxumuşlar, azlıqda olan varlılar) kilsənin insanlara aşıladığı korlanmış dini təlimin təsirindən qurtularaq, artıq heç nəyə inanmır, istənilən inancı ya qanmazlıq sayır, ya da kütləni itaətdə saxlamaq üçün gərəkli bir yaraq hesab eləyirlər. İnsanların yoxsulluq və savadsızlıq içərisində yaşayan böyük çoxluğu isə hipnoz altında yaşayır, onlara inanc adı ilə aşılanan dini təlimin gerçək inanc olduğunu düşünür. Öz əlində hipnoz eləmə vasitələrini saxlayan azlığın və hipnoz altında yaşayan çoxluğun toplusundan yaranan bu həyat isə, istər azlıqda qalaraq ağalıq eləyənlərin amansızlıq və əxlaqsızlığı ilə, istərsə də, çoxluqda olan zəhmətkeş kütlənin əzilməsi və başdan çıxarılması ilə çox qorxuncdur. Təsəvvür edin xalqın böyük çoxluğunu təşkil edənlər, onlara aşılanan bu uydurmalara inanır və bu yalanları onlara aşılayan, ancaq özləri heç nəyə inanmayan azlığa kölə sədaqəti ilə boyun əyir, onlara ağalıq eləyən bu yalançıların istəyinə uyğun davranırlar.
·
109 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.