VICTOR HUGO
《GÜLEN ADAM》
Qeyd: incələmədə spoilər verəcəyim hissələr də olacaq.
Kitabın mövzusu 17-18ci əsr İngiltərəsindən alınıb. Bir çoxlarının quldur kimi tanımladığı komparaçikolar tərəfindən üzünə əbədi qəhqəhə çəkilmiş Quinpleynin həyatı timsalında Hüqo bizə çoxx şeylər göstərəcək. Əvvəlcə komparaçikolardan danışaq. Bunlar adi quldurdan fərqlənir, uşaqları oğurlamır, satın alırdılar, uşaq alveri ilə məşğul olurdular. Onların hər birini bir cür şikəst edirdilər. Quinpleynin də yalnız üzündə 2 yaşında əməliyyat aparılıb. Komparaçikolar bəzi kralların dövründə gizli, bəzilərində açıq fəaliyyət göstərirdi. Belə ki, kral və lordlar mirasçıların onlara problem olmasından qorxaraq uşaqları komparaçikolara satırdılar.Hugo təsadüfü Quinpleyni kral 2. James tərəfindən buna məruz buraxmayıb. Əsərdəki ictimai-siyasi motivlər üçün buna gərək vardı. Və eyni zamanda uşaqlarının üzünün, onurğa və s. bu cür şikəst qoyulmasının əsas səbəblərindən biri kral və onun kimi yüksək mövqe sahiblərinə "cücə" və bu kimi şarlatanların lazım olması idi. Deməli, insanlar iki yerə ayrılırdı..Dünyada əylənmək üçün yaşayanlar və əyləndirməyə məcbur olanlar..
Quinpleynin qanında "asil" qanı var, ancaq realda o asillərin əsil üzü kitabın kuliminasiyasında-Quinpleynin lordlar kamarasında çıxışında bir daha özünü göstərir. Quinpleynin ruhu isə sadə xalqın yanındadır. Müəllif onun daxili aləmini mübarizədə verir, saf eşq-Dea'nın timsalında, şəhvət, müəllifin ət parçası kimi də təqdim etdiyi düşes Josiananın timsalında, sadəlik, kasıblıq və sərvət, lordluq timsalında qəhrəmanımızı ikiləmdə görürük. Hər bir insanda olduğu kimi Quinpleynin içindəki canavar-şeytan ikincilərə, saflıq, işıq isə birincilərə meyil edir. Zahiri canavar, daxili saf işıq olan Quinpleyn oxucuları hədsiz mütəssir edəcək və üzəcək...
Kitabda teatr səhnəsi ilə real həyat səhnələrinin qarşılaşdırılması, Quinpleynin qardaşı Lord David Moir'lə qarşıdurmasını görəcəyik. Lord Davidlə Josiana ehtişam içindəki real saray sərvətlisini, cismani münasibətləri təmsil edirsə, Quinpleyn və Dea kasıblıq içindəki sadəlik, həqiqilik, ilahiliyi təcəssüm etdirir. Kitabda Filozof Ursus və onun qurdu Homonu da çox sevəcəksiniz.
Ursus saray insanlarına, xüsusən 2.Jamesə qarşı durur, 2.James sərvətə görə 2 yaşlı Quinpleyni komparaçikolara satır, heç kimin sahib çıxmadığı 10 yaşlı Quinpleyn və hələ 9 aylıq Dea'ya evi belə olmayan, göçəbə həyatı yaşayan Ursus sahib çıxır. İnsan vē heyvanın dostluğu, heyvanın sədaqəti, sərvət naminə yozlaşmış heyvani insanlarla insani münasibətlərin zirvəsinə yüksəlmiş Homo sizi heyran edəcək.
Kitabda bir məqam da diqqət edilməlidir, Quinpleyn cümhuriyyətçi və ömrünün sonuna qədər cümhuriyyətə sadiq qalaraq özünü Ingiltərədən İsveçrəyə sürgün edən lord Çlançarlinin oğludur. Müəllifin kəskin ironiyası arasından monarxiyaya münasibətini anlayırıq, ancaq Çancarlini heç də ideallaşdırmır, nəinki Kromweli. Çançarlini hədsiz kibirinə görə yenidən krala sədaqətli olmaqdansa, özünû sürgün etdiyini qeyd edir. Hugo burada oxucunu bir az ikiləmdə buraxa bilər. Özünü sürgün edib cümhuriyyətə yas saxlamaqdansa, xalq üçün, onların sevinci və yaxşılığı üçün monarxiyaya sədaqətli olub yenidən lord ola biləcəyini irəli sürür. Bu kitab bəlkə də, ilk kitab idi ki, sonunun heç bir vəcdlə üzücü sonluqla bitməsini istəmirdim. Ancaq elə bil kitab ruhuma işləmişdisonunu görə bilirdim... Quinpleyn kimi həyatdan heç nə istəməyib, kiçik sınıq-sökük karevanlarında bir arada xoşbəxt olmağı istəyən insanlara bu dünyanın dar olduğunu bilməyimdəndir, bəlkə də...
Xülasə, kitabın sonu oxucunu qəhərə boğacaq, kitaba həzin pessimist ruh hakimdir, üsyankar bir ruhla deyil, həzin, ümidsiz, ironiyalı üslubla yazlıdığı üçün hər oxucu kitabın sonunda özündə dərin bir boşluq, üzüntü hiss edəcək. Bu kitab Hugonun vəfatından öncə yazdığı son iki kitabdan biridir. 1869cu ildə yazılıb. Hugodan sonra #gülenadam çox film ssenariləri və kitablar üçün ilham mənbəyi olub...
Son olaraq buraya Hugodan bir bənd şeir buraxıram...
Ağlamak için gözden yaş mı akmalı?
Dudaklar gülerken, insan ağlayamaz mı?
Sevmek için güzele mi bakmalı?
Çirkin bir tende güzel bir ruh, kalbi bağlayamazmı?
Əlavə qeyd:
《Gülen Adam》
Bu kitabda öyrəndiyim çox şey oldu. Tarixlə bağlı öyrəndiyim bir məsələyə toxunacağam. Bu kitabda Hadisələr Fransa deyil, 17-ci əsrin sonu, 18-ci əsrin əvvəli İngiltərəsində baş verir. Bu elə bir zaman dilimidir ki, Kromwell hakimiyyəti(Kromwell cümhuriyyətciydi) qəsb edilib.Mənim öyrəndiyim şey Parlametin və onun lordlar və icmalar(avamlar) palatasının yaranmasının məqsədidir. Kitabın kuliminasiya səhnəsində lordlar kraliçanın öz həyat yoldaşının maaşını artırmaq üçün əhalidən alınan vergiləri artırması qərarına "olumlu" cavabını verirlər, avamların fikri isə sıxışdırılır, onların yerindən "necə lazımsa olacaq" deyilir. Başqa sözlə icmalar palatasının hüquqlarının azlığı ilə bərabər kağız üstündə olduģunu görürük. Bəs icmalar palatası nə üçün yaranmışdı? Cavab xalqın fikrini nəzərə almaq deyil, onların narazılıqlarından qorxmaq heç deyil. Bu, lordların kral və kraliçəyə olan gizli mübarizəsidir. Çünki lordlar bir neçə istisna nəzərə alınmasa, kral/kraliçə ilə eyni hüquqlara malikdir. Hugo tarixdən də nümunələr çəkir, bir çox kralın məhz lordlar tərəfindən taxtdan endirildiyinin adını çəkir. Lordların bu mübarizəsi oliqarxiya (hakimiyyətin bir qrup azlığın əlində olması), kralın hakimiyyəti monarxiyadır ki, lordlar burada krala qarşı, onun hakimiyyətini məhdudlaşdırmaq üçün icmalar palatasının yaranmasına səbəb olurlar. Beləliklə, monarxiya və oliqarxiya arasındakı mübarizədə demokratiyadan istifadə edilir. Ancaq tarix yenə öz rolunu oynayır. Onların bu mübarizəsi əslindən demokratiyanın güclənməsinə kömək edir, başqa sözlə respublika üçün yavaş-yavaş zəmin yaranır. Tolstoyun #HərbvəSülh epopeyasında olan fikirlər bura da aiddir. Tolstoyda bu qoşunun timsalında göstərilirdisə, burada lordlar və kralın timsalında görûrük. Belə ki, qoşunda hər bir fərd öz şəxsi məqsədini güdür, hər kəsin döyüşdən sonra rütbə almağa həvəslənməsi, qoşunun hər zaman planda olduğundan fərqli hərəkət etməsi, intizamsızlığı səhnələri də bunun təsdiqinə yönəlib. Amma tarix bu insanların hər birinin timsalında öz vahid məqsədini həyata ķeçirir, onlar yalnız bu məqsədin həyata keçirilməsində vasitə rolunu oynayırlar.
Lordlar da kralla münaqişələri ûçün bir alət kimi sadə xalqdan istifadə edir, ancaq tarixin bununla nə etmək istədiyini indiki dövrün biz insanları çox yaxşı görə bilirik. Kitabda 2.James və ən əsas Anne'nin hakimiyyəti timsalında bunları görürük..
Victor HugoGülen AdamNadia