Gönderi

9/10
·648 syf.··
Beğendi
·
2021 35. kitabı
·
11 günde okudu
·
Okunma: 23 Eylül 2021 23:10
Əsər Nadir şah Əfşarın öldürülməsindən Ağa Məhəmməd şah Qacarın öldürülməsi və Fətəli şahın üsyankarları cəzalandırmasına qədər olan dövrü (1747-1799) əhatə edir. Əslində əsərə tarixi roman demək, o qədər də, düzgün deyil. Bəzi hissələrdə bədiilik özünü göstərsə də, bəzi hissələrdə elmilik daha çox nəzərə çarpırdı. Əsər yazılarkən həm Qacar, həm də Avropa tarixçilərinin yazılarından istifadə olunub. Maraqlı, tarix öyrənərkən çox da diqqət etmədiyimiz faktlarla zəngin bir kitab idi. Əsər boyunca Ağa Məhəmməd şah Qacarın ağıllı, bilikli bir hökmdar olduğunu görürük. Lakin düşmənləri tərəfindən hər zaman onun mənfi cəhətləri qabardılır və bununla da müsbət cəhətləri kölgədə qalır. Hal-hazırda da onun dövləti birləşdirmək uğrunda apardığı mübarizədən yox, etdiyi zalımlıqlardan daha çox danışılır. Amma əsərin müəllifinin də dediyi kimi: "Ağa Məhəmməd şah Qacarın rəhmsizliyi o zamanın rəsminə görə olub, ondan kənara çıxmırdı. Baş kəsmək, kor etmək və qarın cırmaq kimi cəzalar adi tədbirlər idi".
Tarih
Xacə Şah Jan Gevr · Hüquq ədəbiyyatı · 201212 okunma
·
111 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.