Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

512 syf.
·
Puan vermedi
Möhtəşəm roman... Oxuduqca fərqli hislərə qapıldım. Romanın əvvəllərindən Cahandar ağanı mənfi obraz kimi görsəm də, zaman-zaman ona haqq verdiyim məqamlar da oldu: Molla Sadıqa olan münasibəti, Aleksey Osipoviçin uşaqları oxumağa aparmaq fikrinə müsbət yanaşması, pristavla olan görüşdə kəndlilərin yanında olması və s. Hadisələr ümumilikdə Göytəpə kəndində cərəyan etsə də, romanın sonlarında Qori müəllimlər seminariyasında keçən hadisələrdən də bəhs olunur. Ailənin bütün fərdlərinin həyatının dəyişməsi, Cahandar ağanın özünə düşmən qazanmasının səbəbi isə öz nəfsinə hakim ola bilməməyi, "dədə-babadan belə görmüşük" ideologiyası ilə yaşaması idi. O, heç cür zəmanənin dəyişməyə doğru getdiyi ilə barışa bilmirdi. Bacısını, öz sevimli atını öldürməsinə, oğlunu, arvadını evdən didərgin salmasına baxmayaraq romanın sonunda Cahandar ağanın son nəfəsini verdiyi səhnə oxucuya əsərin qəhrəmanından, çox yaxşı tanıdığı bir obrazdan ayrılırmış kimi pis təsir edir. << Gözlərini yumdu. Ancaq yenə yata bilmədi. "Əhməd kimdir? Qəribin biri. Allah bilir, bəlkə heç əlinə tüfəng alıb bir güllə də atmayıb. Ancaq necə də diri-diri danışırdı. Heç nədən qorxmurdu. Deyəsən, Əşrəfin özü də dəyişib. Deyəsən, at çapıb tüfəng oynatmağın vaxtı keçir, axı?!" Kişi dəhşətə gəldi. Yerinə qor dolmuş kimi bədəni alışdı. Beyni güyüldədi. Dərindən köksünü ötürdü. " Ay gidi dünya, gör axırın hara gəlib çıxdı!" >>
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014747 okunma
·
916 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.