Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aysel Abdullayeva

Aysel Abdullayeva
@Ayselle
Mühendislik
Baku
Azerbaycan
8 okur puanı
Ekim 2019 tarihinde katıldı
Reklam
512 syf.
·
Puan vermedi
Möhtəşəm roman... Oxuduqca fərqli hislərə qapıldım. Romanın əvvəllərindən Cahandar ağanı mənfi obraz kimi görsəm də, zaman-zaman ona haqq verdiyim məqamlar da oldu: Molla Sadıqa olan münasibəti, Aleksey Osipoviçin uşaqları oxumağa aparmaq fikrinə müsbət yanaşması, pristavla olan görüşdə kəndlilərin yanında olması və s. Hadisələr ümumilikdə Göytəpə kəndində cərəyan etsə də, romanın sonlarında Qori müəllimlər seminariyasında keçən hadisələrdən də bəhs olunur. Ailənin bütün fərdlərinin həyatının dəyişməsi, Cahandar ağanın özünə düşmən qazanmasının səbəbi isə öz nəfsinə hakim ola bilməməyi, "dədə-babadan belə görmüşük" ideologiyası ilə yaşaması idi. O, heç cür zəmanənin dəyişməyə doğru getdiyi ilə barışa bilmirdi. Bacısını, öz sevimli atını öldürməsinə, oğlunu, arvadını evdən didərgin salmasına baxmayaraq romanın sonunda Cahandar ağanın son nəfəsini verdiyi səhnə oxucuya əsərin qəhrəmanından, çox yaxşı tanıdığı bir obrazdan ayrılırmış kimi pis təsir edir. << Gözlərini yumdu. Ancaq yenə yata bilmədi. "Əhməd kimdir? Qəribin biri. Allah bilir, bəlkə heç əlinə tüfəng alıb bir güllə də atmayıb. Ancaq necə də diri-diri danışırdı. Heç nədən qorxmurdu. Deyəsən, Əşrəfin özü də dəyişib. Deyəsən, at çapıb tüfəng oynatmağın vaxtı keçir, axı?!" Kişi dəhşətə gəldi. Yerinə qor dolmuş kimi bədəni alışdı. Beyni güyüldədi. Dərindən köksünü ötürdü. " Ay gidi dünya, gör axırın hara gəlib çıxdı!" >>
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014747 okunma

Okur Takip Önerileri

Tümünü Gör
Onlar gerçəkliyin ən kobud təhrifləri ilə sözsüz razılaşırdılar. Susmaqlarının müqabilində ödədikləri bədəlin nə qədər dəhşətli olduğunun fərqinə varmırdılar. Nə baş verdiyini bilmək üçün hadisələrin mahiyyətinə maraq göstərmirdilər. Anlamamaq xoşbəxtliyi onları dəli olmaqdan xilas edirdi. Onlar ağına bozuna baxmadan hər şeyi həzm edir, udduqlarından isə bir ziyan görmürdülər. Buğda dənəsi həzm olunmadan quşun pətənəyindən çıxdığı kimi , udduqları da bu insanlarin yaddaşlarında özündən sonra heç bir çöküntü qoymadan unudulurdu.
En qorxunc şey - sağlam ağıldır! Dehşet seni ferqli fikre göre öldürmeleri deyil. Dehşet birden bu qerarlarında haqli ola bilmeleridir! Doğrudan da , iki vuraq ikinin dörd elediyini hardan bilirik? Yaxud cazibe qüvvesi nece tezahür edir? Yaxud keçmis, heqiqetenmi, deyişilmezdir? Eger keçmiş de, mövcud varlıq da yalniz şüurda mövcuddursa, şüurun özü ise idare olunandırsa, bəs onda ?
1984
1984
38 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.