Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

624 syf.
10/10 puan verdi
·
Beğendi
Sonuncu dəfə müəllifdən oxuduğum "20 min lye su altında" kitabı mənə o qədər sıxıcı, xoş olmayan təsir etmişdi ki, 6-7 il kitablarına yaxınlaşa bilmədim. Ruslarda gördüyüm "Balaca kuçə uşağı", "Avara Tommi" kitablari axtarişa verdiyimdə , saytlar bu kitablari da hər internetə girişimdə önümə qoyurdu. Kitab bir məktəbdən 8-15 yaş aralığında olan 15 uşağın, tətil gəzinti uçün mindikləri gəminin kəndirinin çozulməsiylə , gəminin okeana açılmasıyla başlayır. Uşaqların 2-3 aylıq planladıqları tətil 2 ilə çevrilir. Uşaqlarîn adada qurduqları şəraitdə , ovçuluqda, qrupun idarə edilməsində komanda işi əsərin əsas qayəsidir düşünürəm. Əsərin sonunda müəllifin qeydi də bunu təsdiqləyir: Bütün uşaqlar yaxşı bilməlidir ki, işləməklə, sağlam düšüncəylə, cəsarətlə yenməyəcəyiniz təhlükə, öhdəsindən gələ bilməyəcəyiniz heç bir əngəl yoxdur. Çılğın Donifan, ədalətli Brayan, Gordon ən gözəl,gözə çarpan obrazlar idi. 6-cı siniflər üçün uyğundur.
İki Yıl Okul Tatili
İki Yıl Okul TatiliJules Verne · İthaki Yayınları · 20164,839 okunma
·
363 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.