Gönderi

Səadətə aparmayan kitab: QUTADĞU BİLİG
1/10
·439 syf.··
2021 94. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Ekim 2021 17:43
Qut- türkcə səadət, xoşbəxtlik deməkdir. "Qutadğu bilig" yəni xoşbəxtliyə, səadətə aparan elm anlamındadır. Əsər XI əsrdə Yusif Xas Hacib Balasaqunlu tərəfindən qələmə alınıb. Əsərdə Gündoğdu, Aydoldu, Öydülmüş, Odqurmuş əsas baş qəhrəmanlardır.Və onların timsalında dövlət,cəmiyyət, axirət,məişət, dünya problemləri ətrafında suallara cavab tapırıq. Əsəri sevmədim. Bir əsəri oxuyarkən, dövrün ictmai mühiti mütləq nəzərə alınmalıdır. Bunları nəzərə alıb o dövr üçün "şedevr" sayan ola bilər.Ancaq qadınlara aid olan geridəqalmış düşüncə tərzinə görə bu kitabı yüksək dəyərləndirmək mənə görə haqsızlıq olar. Belə ki əsərdə belə bir hissə var: Qadınları daim evdə saxla Qadının içi çölü kimi olmaz **************************** Yad adamı evə gətirmə, qadını çölə qoyma, Küçədə onları görən göz qadının könlünü ovlar Göz görməsə, könül arzu etməz, Ey oğlu, gözün görsə, könlün arzular. Gözünü gözləsən, könlün bir şeyə axmaz. Arzu etməsə, insan heç nəyə məftun olmaz ******************************************** Yeyib-içməklə qadını kişilərə qatma, Əgər qatsan, ölçünü aşarlar. Qadını evdən bayıra buraxma Əgər çıxsa doğru yoldan azar ****************************** Bunlarda əzəldən vəfa yoxdur. Gözləri baxan yerə könülləri axar. ******************************** Onları necə tutub saxlamaq olar? Hər şeyi qoruyan Tanrı onlarla başa çıxsın Qadınlara nifrət qoxan bir əsər mənim gözümdə bütün hikmətin itirir. Bu kitabı oxumayın)
1000Kitap
Kutadgu BiligYusuf Has Hacip · Türkiye İş Bankası Kültür Yayınları · 20194,395 okunma
·
1.408 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Eynən qatılıram sizə. Hətta bu hissəyə gəlib çatanda təəccübdən donub, ironiya zənn edib təkrar-təkrar oxumuşdum və təəssüf ki müəllif düşüncəsi olduğunu anlayanda kitab gözümdən düşmüş bütün məsləhət, nəsihət süniləşmişdi.
Kərimova
Gönderi Sahibi
Eynən,haqlısınız.Mən universitetdə məcbur oxumuşdum o əsəri.Və o yerinə görə heç sevməmişdim.
1000 sene önce yazılan kitap 1000 sene sonranın düşünce tarzı ile değerlendirilemez!
Kərimova
Gönderi Sahibi
Orada bu sözü sizdən əvvəl qeyd etmişəm. Tənqid nədir bilirik. Amma mən professional tənqidçi filan deyiləm. Bu oxucu fikridir. Nizami XII əsrdə qadını ucalda bilirdisə, Balasaqunlu da edə bilərdi! İkincisi də nidalarınızı özünüzə saxlayın!!!