1. Mərc!
#obama qeyd edir ki, insanlar iki qrupa bölünür; yalnız özü üçün yaşayanlar; və bunun əksini edib başqaları üçün yaşayanlar. Əsas sual isə- sən necə insan olmaq istəyirsən?dir.
#barackobama uşaqlığından anasının “kitab oxu və öyrəndiklərini mənimlə bölüş” təşviqindən sonra mütaliəni adətə çevirib və çoxlu qiraətlə məşğul olub. Həyatının dönüm nöqtəsi isə #chicago ‘da olub, belə ki, orda həm #michelleobama ilə tanış olub, həmçinin kilsədə çalışmağa başlayıb. Beləliklə, insanları dinləməyin, empatiya qurmağın, rədd cavabı almağı təcrübə edərək vacibliyini anlayıb.
İlk dəfə isə böyük kütlə qarşısında çıxışı 2004-cü ilin iyul ayında DNC-də baş tutub və xüsusilə də #nuclearnonproliferation (nüvə silahlarının qarşısının alınması müqaviləsi) ilə maraqlanırdı. Və əsas sual- prezidentliyə namizədliyini irəli sürsün yoxsa yoX? idi❕
2. Bəli biz bacarırıq!
Debatlarda və seçki kompaniyası müddətində suallara uzun-uzadı və mürəkkəb cavablar vermək onun əsas düşməni idi. Lakin əsas olan suallara cavab vermək yox, lazımi mesajı ötürməkdir❕(uğurlu prezidentlərin müsahibələrinə nəzər yetirsəniz, görərsiniz ki, hər bir sualdan mesaj ötürmək vasitəsi üçün istifadə edirlər) çünki insanlar emosiyaları ilə hərəkət edirlər, faktlara uyğun yox. Onun fikrincə, ümumi vizyonun və məqsədin olması, gündəlik uğursuzluq və nailiyyətlərə diqqət etməkdən daha vacibdir.
Əsərdə #barackobama ‘nı həm siyasətçi, həm də ata kimi yaxından tanıyırıq. Əsər siyasi mövzular ağırlıqlı olsa da, ailəsindən daha nostaljik hisslərlə yazır. Əsərdə 2009-cu ildə layiq olduğu Nobel Sülh Mükafatından da yazır və qeyd edir ki, onun siyasi kimliyi reallığa əsasən çox şişirdilib. Yalnız Amerikanın iqtisadi vəziyyətini düzəltməsindən fəxrlə danışır.
Demokrat olan #barack inandırmağa çalışır ki, demokratiya hədiyyə deyil, empatiya və birgə anlayış üzərində günbəgün qurula bilər.
Michelle Obama isə #firstlady kimi fəaliyyətə başlayarkən #hilaryclinton və #laurabush -dan məsləhət almışdır, yəqin ki, təxmin edərsiniz ki, ilk afro-amerikan birinci xanım olmaq çoxlu təzyiq və tənqidə məruz qalmağa səbəb olurdu. Onun üçün ilk iki maraqlı mövzu- uşaqlarda #obesity artması və amerikan hərbiçi ailələrinə az dəstəyin olması üzərinə çalışmışdır.
Obama qərar qəbul olunanda hər kəsin öz fikrini söyləməsinə və məsuliyyət hiss etməsinə diqqət edirdi. Necə deyərlər shared responsibility!