Puan vermedi·336 syf.····Okunma: 16 Ekim 2021 11:28 Müəllifləri pedaqoji fəaliyyətlə məşğul olan kitablar daha axıcı, izahı sadə amma profesional və oxunaqlı olur. Hal-hazırda trend olan #gülserenbudayıcıoğlu kitablarından sonra açığı #birpsikiyatristingizlidefteri başlamağa tərəddüdüm var idi. Lakin bu iki müəllif #dreamsvsreality (arzu olunan v reallıq) kimi oldu. Dr. Budayıcıoğlu məsələlərə nə qədər səthi və bayağı, qeyri-profesional ifadə tərzi ilə yanaşırdısa, Dr. Small elmi və tibbi yanaşma göstərir. Hadisələr dramatikləşdirilmək əvəzinə misallar və çıxış yolları ilə dəstəklənir.
Maraqlısı odur ki, oxuduqca ətrafımızdakı insanlarda bəzi simptomları aşkarlaya bilərik. Lakin, Dr. Small onları psixoloji xəstə adlandırmaq yerinə, problemli dövr adlandırmağı üstün tutur. Bu yanaşma mənim #gulserenbudayicioglu nun yanaşmasından, damğalamasından daha çox xoşuma gəlir.
Qısası, psixologiyaya marağı olan şəxslərin zövqlə oxuyabiləcəyi bir kitab qoyuram bura. Fikirlərinizi və psixologiyaya dair kitab tövsiyyələrinizi gözləyirəm