Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

96 syf.
·
Puan vermedi
·
Beğendi
Bir Tolstoy şah əsəri daha.. Tolstoy bu əsərində insanın həyatı və ölümü sorğulamasından bəhs edir. Əsərin baş qəhrəmanı adından da göründüyü kimi İvan İliçdir. Cavan vaxtlarında şən, həyatı dolu-dolu yaşayan insan olmasına baxmayaraq, iş həyatında və ailə seçimində yanlışlar edir. Əsəri oxuyarkən ilk başlarda da fərqinə varırıq ki, İliçin evlilik həyatında atdığı səhv addımlar və həyatında yanlış insanların olması, yaşamını mənasızlaşdıran başlıca ünsürlərdir. Bir gün İvan heç kimin baş aça bilmədiyi xəstəliyə düçar olur. Bundan xəbərdar olan İvanın tanışları normal həyatlarına davam etmək üçün onun ölümünü gözləyirlər. Heç kimin İvanı anlamaması onu özünü,həyatını və ölümünü sorğulamağa vadar edir. Ölümcül xəstəliyə tutulan İvanın tək istədiyi onu həqiqətən anlayan və ölümünə kədərlənən birilərinin olması idi. Əslində əsər vasitəsiylə Tolstoy həyatımızın mənasını başqa yerlərdə, pulda, əşyalarda, şöhrətdə yox da təbiətdə, dostluqda, ən əsası özümüzdə axtarmalı olduğumuzu mesajını verir. Həyatınınız mənasını özünüzdə tapmanız diləyilə, xoş mütaliələr... <3
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201845,1bin okunma
·
134 görüntüleme
Gunel Quliyeva okurunun profil resmi
Tikladim. Maraqli geldi
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.