Puan vermedi·256 syf.··Beğendi
· ~Kullanmadiktan sonra göğsümüzü dolduran hisler ve kafamızda kımıldayan düşünceler neye yarardı?
~İçimizde şeytan yok...İçimizde aciz var... Tembellik var... İradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç bir şey: hakikatleri görmekten kaçmak itiyadı var...
Əsər kiçik sujet xəttinə malik olmağına baxmayaraq müasir cəmiyyətlə səsləşən bir sıra vacib məqamlardan bəhs edir. Əsərin baş qəhramanı olan Ömər həyatı boyunca sadə, rahat həyat yaşıyıb ve heç vaxt özü və insanlar qarşındakı vəzifələrinin məsuliyyətini dərk etmeyib. O həyatı çox mənasız hesab edir. Ömər həyatında onun uğrunda ölməyə dəyər biri olduğu halda anlamlı olacağını düşünən xəyalpərəst biridir. Bir gün həyatı boyunca unuda bilməyəcəyi bir qızı-Məcidəni görür ve həyatının mənasını tapdığını, artıq hər şeyin gözəl olacağını düşünür...
Ondan fərqli olaraq Məcidə realistdir. Yaşadığı ailəvi çətinliklərindən çox üzgün olduğu bir dövrdə Öməri tanıyır və onu həyatının "qəhrəmanı" olaraq görür. Evlənmələrinə baxmayaraq çox çəkmir, hər ikisi də birlikdə yaşamağın mümkünsüz ve çətin olduğunu anlayır.
Əsərdə özünü tapmamış, öz məsuliyyətlərini bilməyən birinin mənəvi çöküşünün şahidi oluruq. Bütün bunlara görə Ömər sevdiyi qadını yarı yolda qoyur. Ömər sevib xoşbəxt olacağını düşünür, lakin bu möhkəm duyğuların təsirindən onun mənəviyyatının zəifliyi üzə çıxır, axırda həyata, içindəki "şeytana" yüklədiği səhvlərin elə özünün səhvləri olduğunu görür...