Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

315 syf.
10/10 puan verdi
·
Beğendi
"Murov Qartalı" ədəbiyyatda️ Şərif Ağayar "Komandir" 2 il əvvəl çap edilən "Komandir" romanı ilə təəssüf ki, gec rastlaşdım. Əsər 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucova həsr olunmuşdur. Kimdir Raquf Orucov?- "Könül quşu Azərbaycansız bir an olsun qanad çalmayan", ömrünü və canını doğma torpaqları, yurd-yuvasına fəda edən Vətən oğlu! "Komandir"in fərqli üslubu var. Belə ki, müəllif hadisələri Orucovla yanaşı, onun yaxın ətrafının da dilindən nəql edir. Bu yazı üslubu obrazın daxili dünyasını daha yaxşı anlamağa imkan verir. Romanı oxuduğum müddətdə Murov və Fərrux dağları, ətrafdakı kəndlərin ən gözəl mənzərəsi canlanırdı gözlərimin önündə. Eyni zamanda da müharibə adlı faciənin bu gün bir çox insanın görməzdən gəldiyi həqiqi siması... Baş verən hadisələrə sanki birə-bir şahidlik edirdim. Komandirin anasını işğal edilmiş ərazidən çıxaranda, erməniləri əsir götürəndə, cəsarətli və xüsusi xidmətlərinə görə yüksək vəzifə ilə təltif ediləndə, xüsusən də düşmən tankının önünə sinəsini sipər edəndə mən də "orada idim". Cəmi 315 səhifədən ibarət olan bu kitabı oxumaqla kifayətlənməməli, eyni zamanda daha çox insanın xəbərdar olub oxuması üçün təbliğ etməliyik. Ümid edirəm ki, gələcəkdə qəhrəmanlarımızın şücaətlərini bütün dünyaya çatdırmaq, onların xatirəsini əbədiləşdirmək üçün belə kitabların sayı daha çox olacaq.
Komandir
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202013 okunma
·
123 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.