Tahmini Okuma Süresi:
8 sa. 56 dk.
Sayfa Sayısı:
315
Basım Tarihi:
2020
Yayınevi:
CBC Nəşriyyatı
ISBN:
9789952986150
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·315 syf.··
Beğendi
·
2021 20. kitabı
"Murov Qartalı" ədəbiyyatda️ Şərif Ağayar "Komandir" 2 il əvvəl çap edilən "Komandir" romanı ilə təəssüf ki, gec rastlaşdım. Əsər 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucova həsr olunmuşdur. Kimdir Raquf Orucov?- "Könül quşu Azərbaycansız bir an olsun qanad çalmayan", ömrünü və canını doğma torpaqları, yurd-yuvasına fəda edən Vətən oğlu! "Komandir"in fərqli üslubu var. Belə ki, müəllif hadisələri Orucovla yanaşı, onun yaxın ətrafının da dilindən nəql edir. Bu yazı üslubu obrazın daxili dünyasını daha yaxşı anlamağa imkan verir. Romanı oxuduğum müddətdə Murov və Fərrux dağları, ətrafdakı kəndlərin ən gözəl mənzərəsi canlanırdı gözlərimin önündə. Eyni zamanda da müharibə adlı faciənin bu gün bir çox insanın görməzdən gəldiyi həqiqi siması... Baş verən hadisələrə sanki birə-bir şahidlik edirdim. Komandirin anasını işğal edilmiş ərazidən çıxaranda, erməniləri əsir götürəndə, cəsarətli və xüsusi xidmətlərinə görə yüksək vəzifə ilə təltif ediləndə, xüsusən də düşmən tankının önünə sinəsini sipər edəndə mən də "orada idim". Cəmi 315 səhifədən ibarət olan bu kitabı oxumaqla kifayətlənməməli, eyni zamanda daha çox insanın xəbərdar olub oxuması üçün təbliğ etməliyik. Ümid edirəm ki, gələcəkdə qəhrəmanlarımızın şücaətlərini bütün dünyaya çatdırmaq, onların xatirəsini əbədiləşdirmək üçün belə kitabların sayı daha çox olacaq.
İnceleme
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202018 okunma
10/10
·315 syf.··
Beğendi
·
2024 6. kitabı
"Murov Qatralı" dan sonra oxuduğum növbəti kitab oldu-"Komandir"... Kitab bizə veriləndə 2021-ci ilin yay ayları idi.Hər cümləsini yaşayaraq,hiss edərək oxudum.Nə yalan deyim kitabı bitirdikdən sonra,sonuncu səhifədə yazılan cümlələrini "Hardasa uzaqlarda insan seli çırpınır,dalğalanır,uğuldayır, ağuşuna aldığı üç rəngli qayığı sağa-sola yellədə-yellədə tanış bir ünvana aparırdı..." unutmamaq üçün dəfələrlə,ağlayaraq oxudum.Bəlkədə çoxuna təsir etməz amma mənim iliklərimə qədər təsir etdi.Çünki,məndə yaşamışam... İncələməsinə gəldikdə Kitab çox gözəl üslubda,təmiz dildə yazılıb.Belə kitablar sayəsində,Qəhrəman qardaşlarımızı unutmayacağımıza çox əminəm...
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202018 okunma
10/10
·315 syf.·
2024 20. kitabı
Kitab o qədər axıcı idi ki, bütün hadisələri özüm də ordaymış kimi hiss edərək oxudum. Təkcə şəhidimiz Orucovun adından yox, döyüş yoldaşlarının adından da kitabı oxumağımız, eyni hadisəyə bir çox əsgərin gözü ilə baxmağa, onların hazırkı vəziyyətini duymağa kömək edir.
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202018 okunma
10/10
·315 syf.··
Beğendi
·
2022 5. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Ocak 2022 00:00
Əfsanəvi kəşfiyyatçı, əsgərlərini öz övladından çox sevən, Aprel şəhidi, vətən sevgisinin simvolu, Polkovnik-Leytenant Raquf Orucovun həyatından bəhs edən mükəmməl bir kitab... Kitab əsas olaraq Raquf Orucovun öz dilindən yazılsa da, sujet xətti pozulmadan ona yaxın insanların dilindən də ifadə edilir. Dili sadə və çox axıcıdır.
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202018 okunma

Yazar Hakkında

Şərif AğayarYazar · 7 kitap
Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panarama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. Təltifləri 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına[2], 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub. 23 noyabr 2015-ci ildə maarifçi fəaliyyəti və son bir ildəki fəal yaradıcılığına görə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb. 2019-cu ilin mayında Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "İlin ədəbiyyat adamı" seçilib. Həmin il "Arzulardan sonrakı şəhər" romanına görə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" Ədəbi Mükafatının nəsr nominasiyası üzrə qalibi olub. Fəaliyyəti 2000-ci ildə mədəniyyət və ədəbiyyat sahəsində yazılar yazmaq və xüsusi buraxılışlar hazırlamaq üçün "Yeni Azərbaycan" qəzetindən dəvət alıb. 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda "Kino+" qəzetinin baş redaktoru təyin olunub. 2002-ci il 21-28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib. 2003-cü ildə "Vektor" Elm Mərkəzinin təşəbbüsü ilə "Səhra məsnəvisi" adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən "Kərpickəsən kişinin dastanı" povesti və "EL" nəşriyyatında "Aftafalı antrakt" proza kitabı, 2011-ci ildə "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat" seriyasından "Haramı" romanı, 2013-cü ildə "Zero" nəşriyyatının "Cib kitabları" seriyasından "Pozuq fotoşəkillər" şeirlər kitabı və "Yazıçı" nəşriyyatında "Xanım T." hekayətlər kitabı, 2015-ci ildə "Qanun" nəşriyyatında "Gülüstan" romanı, 2016-cı ildə "Arzulardan sonrakı şəhər" romanı çap edilib. 2008-2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. Hazırda Kulis.az ədəbiyyat portalında redaktor kimi fəaliyyət göstərir. Yaradıcılığı Yazdığı xalq şeirləri və epik şeirlər ("Namaz", "92-nin mayı", "Palata", "Qardaş", "Mizrab dırnaqları boyasız", "Sivilizasiyon", "Küləklərə qarışır ahım", "Pişikgöz Anar", "Modern şeirlər" və s.) oxucuların və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib. Eyni zamanda "Daxal", "Dimanın qeydləri", "Evimiz", "Balabəy", "Corcinin evi", "Anaxanım", "Laçınsız ilk gün", "Mənə elə gəldi ki, gülməli əhvalat danışır", "Hərbi-siyasi məsələ", "Şeqlov üsulu", "Şəkil", "Qumru", "Babaş" hekayələri, "Kərpickəsən kişinin dastanı" və "Xürrəm" povestləri, "Haramı", "Gülüstan", "Arzulardan sonrakı şəhər", "Ağ göl" və "Komandir" romanları yeni nəsil yazarlar arasında ona özünəməxsus yer qazandıra bilib. Yaradıcılığı barədə Ələviyyə Babayeva, Elçin Əfəndiyev, Vaqif Yusifli, Rəşad Məcid, Adil Mirseyid, Mahir Qarayev, Əsəd Cahangir, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tofiq Abdin, Akif Əli, Vurğun Əyyub, Elnarə Akimova, İradə Musayeva, Mətanət Vahid, Qismət, Kənan Hacı, Cəlil Cavanşir, Ayxan Ayvaz və başqa tanınmış qələm adamları maraqlı məqalələr yazıblar. Yazıları və əsərləri kulis.az, qafqazinfo.az, qaynar.info, oxuzali.az və digər saytlarda yayımlanıb. Elektron kitabxanalarda hekayələri yerləşdirilib.