Tahmini Okuma Süresi:
5 sa. 40 dk.
Sayfa Sayısı:
200
Basım Tarihi:
2018
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952364873
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

5/10
·200 syf.··
2026 8. kitabı
Şərif Ağayarın Haramı , Arıların Səssizliyi, Kərpickəsən Kişinin dastanı, Pozuq Fotoşəkillər , "Xanım T" kitablarını oxumuşam. Haramıdan sonra oxudğum ikinci romanıdır və qeyd etdiyim kitabların arasında yəqin ki, ən zəifidir. Müəllifin ilk kitabıdır ki, məni yordu.
Ağ GölŞərif Ağayar · Qanun Nəşriyyatı · 201816 okunma
İydə ətri, yaz qoxusu
8/10
·200 syf.··
2022 24. kitabı
·
6 günde okudu
·
Okunma: 22 Şubat 2022 18:58
Fikrimcə, kitab real və irreal hadisələri əks etdirən maraqlı yazılardandır. Hadisələrin mərkəzində duran Ağgöl əslinə baxarsaq sanki insanlaşdırılıb.Ağgölə toxunmağa, ona hörmətsizlik etməyə kimsəyə izn verməyən Camal ata isə bəzi məqamlarda bütləşdirilir, bəzi məqamlarda isə insanların acındığı həşarat yerində görülür.
İnsan
Ağ GölŞərif Ağayar · Qanun Nəşriyyatı · 201816 okunma
5/10
·200 syf.··
2023 5. kitabı
·
3 günde okudu
·
Okunma: 20 Ağustos 2023 17:06
Əsər mif və gerçəkliklik paralelində irəliləyir. Mamırlı yazıların sirrinin açılmağa çalışılması pircanlı kəndinin sonunu gətirir. İnsanların yalanı , kələkbazlığı öyrənməsi ilə fəlakətlər: aclıq, səfalət özünü göstərir. Dünya dəyişmirdi, insanlar dəyişirdi. Yaxsı olan isə insanların bunun fərqində olmasıidi. ( and içməkləri artiq tövbələri idi) Onların bütün fəlakətlərin səbəbi kimi övliyaları görməsi isə başqa məsələdir. Ağ göl, iydə ağacı yeri gəldikcə insaniləşdirilir yazıçının timsalında. Cəhalətin hökm sürdüyü yerdə insanların ağacı , gölü ,hətta öz içlərindəki sadə kəndlini belə kultlaşdırma, müqəddəsləşdirmə çabası boşa çıxır. Hər kəsin həm müqəddəsləşdirdiyi, həm gorxub, həm arxasınca danışdığı ,hörümçək əndamlı Camal atanı sevdim. O ədalətin ,heç vaxt gerçək olmayan saf dünyanın rəmzi idi. Əsəri axıra kimi bitirməyimə, sona çatmağıma səbəb də elə o idi. Övliyalar Camal atanı aparır.. Kənd alovların içində qalır. Son .Yəni ,bu da axırı
Ağ GölŞərif Ağayar · Qanun Nəşriyyatı · 201816 okunma
Reklam

Yazar Hakkında

Şərif AğayarYazar · 7 kitap
Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panarama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. Təltifləri 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına[2], 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub. 23 noyabr 2015-ci ildə maarifçi fəaliyyəti və son bir ildəki fəal yaradıcılığına görə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb. 2019-cu ilin mayında Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "İlin ədəbiyyat adamı" seçilib. Həmin il "Arzulardan sonrakı şəhər" romanına görə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" Ədəbi Mükafatının nəsr nominasiyası üzrə qalibi olub. Fəaliyyəti 2000-ci ildə mədəniyyət və ədəbiyyat sahəsində yazılar yazmaq və xüsusi buraxılışlar hazırlamaq üçün "Yeni Azərbaycan" qəzetindən dəvət alıb. 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda "Kino+" qəzetinin baş redaktoru təyin olunub. 2002-ci il 21-28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib. 2003-cü ildə "Vektor" Elm Mərkəzinin təşəbbüsü ilə "Səhra məsnəvisi" adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən "Kərpickəsən kişinin dastanı" povesti və "EL" nəşriyyatında "Aftafalı antrakt" proza kitabı, 2011-ci ildə "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat" seriyasından "Haramı" romanı, 2013-cü ildə "Zero" nəşriyyatının "Cib kitabları" seriyasından "Pozuq fotoşəkillər" şeirlər kitabı və "Yazıçı" nəşriyyatında "Xanım T." hekayətlər kitabı, 2015-ci ildə "Qanun" nəşriyyatında "Gülüstan" romanı, 2016-cı ildə "Arzulardan sonrakı şəhər" romanı çap edilib. 2008-2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. Hazırda Kulis.az ədəbiyyat portalında redaktor kimi fəaliyyət göstərir. Yaradıcılığı Yazdığı xalq şeirləri və epik şeirlər ("Namaz", "92-nin mayı", "Palata", "Qardaş", "Mizrab dırnaqları boyasız", "Sivilizasiyon", "Küləklərə qarışır ahım", "Pişikgöz Anar", "Modern şeirlər" və s.) oxucuların və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib. Eyni zamanda "Daxal", "Dimanın qeydləri", "Evimiz", "Balabəy", "Corcinin evi", "Anaxanım", "Laçınsız ilk gün", "Mənə elə gəldi ki, gülməli əhvalat danışır", "Hərbi-siyasi məsələ", "Şeqlov üsulu", "Şəkil", "Qumru", "Babaş" hekayələri, "Kərpickəsən kişinin dastanı" və "Xürrəm" povestləri, "Haramı", "Gülüstan", "Arzulardan sonrakı şəhər", "Ağ göl" və "Komandir" romanları yeni nəsil yazarlar arasında ona özünəməxsus yer qazandıra bilib. Yaradıcılığı barədə Ələviyyə Babayeva, Elçin Əfəndiyev, Vaqif Yusifli, Rəşad Məcid, Adil Mirseyid, Mahir Qarayev, Əsəd Cahangir, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tofiq Abdin, Akif Əli, Vurğun Əyyub, Elnarə Akimova, İradə Musayeva, Mətanət Vahid, Qismət, Kənan Hacı, Cəlil Cavanşir, Ayxan Ayvaz və başqa tanınmış qələm adamları maraqlı məqalələr yazıblar. Yazıları və əsərləri kulis.az, qafqazinfo.az, qaynar.info, oxuzali.az və digər saytlarda yayımlanıb. Elektron kitabxanalarda hekayələri yerləşdirilib.