Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ağ Göl Sözleri ve Alıntıları

Ağ Göl sözleri ve alıntılarını, Ağ Göl kitap alıntılarını, Ağ Göl en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Deyilənə görə Ağ babadan iydə qoxusu gəlirmiş, onunla söhbət edən hər kəs nurlu çöhrəsindən və ibrətamiz sözlərindən çox bu qəribə qoxunun tilsiminə düşürmüş. Ancaq özü hiss etmirmiş bunu. O, öz qoxusunu balaca oğlundan alırmış..
Pircahan ayrıca dövlət olsaydı, bayrağına iydə yarpağının şəklini vurardıq..
Reklam
Anlamaqla deyil, imanladı. İmanın yoxdusa, mamırlı yazılar səni heç vaxt öz sirlərindən agah eləməz..
İlahi, oğlumu bir sınaq üçün yanına çağırdığına inanıram, ancaq səndən xahiş edirəm, onun meyitini balıqlara yem eləmə, bu yazıq övrətin sarılıb, ağlamağa bir başdaşı olsun!
Adam nə qədər bədbəxt olar ki, taleyini neçə yüz il əvvəl daşa-qayaya cızılmış beş-altı işarəylə müəyyən eləsin..
Sayfa 158Kitabı okudu
Aylı-ulduzlu gecələrdə göl daha əfsanəvi görünürdü. Baxmaqla doymaq olmurdu. Göyün ənginliklərindən baxanda Ağ göl yerə düşmüş gümüş medala bənzəyirdi.
Reklam
Bilirsən, mən heç bir hikməti danmıram, ancaq elmin sadə yolla izah etdiyi məsələlərdə möcüzə axtarmaq yersizdir..
Ona elə gəlirdi ki, kitab oxuyan adamı kitabdan ayırıb, iş dalınca göndərmək, övliyaların qəbrinə daş atmaq, Ağ gölə tüpürmək, ehsan bulağının suyunu bulandırmaq qədər günahdır.
Mənsə sapsarı alovlara qərq olub səmadan bir topa qaratikan çiçəyinə oxşayan qəsəbənin üstündə səadət axtaran arılar kimi sağa-sola uçurdum.
Sayfa 191Kitabı okudu
Camal ata başqa bir dünyada yaşayırdı və ora necə dünyaydısa, ordan bu dünyaya ancaq xeyirxahlıq tökülürdü..
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.