Ağ Göl Sözleri ve Alıntıları

Ağ Göl sözleri ve alıntılarını, Ağ Göl kitap alıntılarını, Ağ Göl en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ağ baba tərki-vətən olub isti diyarlara üz tutur, günlərlə yol gedəndən sonra gəlib Ağ gölün sahilinə çıxır, ona doğma yerləri xatırlatdığı üçün ehsan bulağının üstündə düşərgə salır. Onda Ağ gölün adı Ağ göl yox, Cilli gölmüş. Hər tərəfdə ot, yosun, qamış gözə dəyir, gölün suların- da balıq yox, qurbağa, tısbağa və çömçəquyruqlar üzürmüş. Gecələr qurbağa qurultusundan yatmaq olmurmuş. Ağ babanın körpə oğlu qurbağa səsindən qorxub yatmır, səhərəcən ağlayırmış. Bir gecə Ağ baba oğlunun çığırtısına yuxudan ayılıb üzünü Cilli gölə tutur və qurbağalara susmağı əmr edir. O gündən buralarda bir daha qurbağa qurultusu eşidilmir. Ağ göl Ağ babanın gecə nur saçan ağ saqqalından, ağ libasından və ağ çöhrəsindən nur alaraq ağarmağa başlayır...
Gözəgörünməz bir əl uzanıb balıqçıların ruzisini oğurlayırdı; balığı çadırların arasına boşaldanda torçuların əliylə, maşına yükləyəndə fəhlələrin əliylə, şəhərə aparanda sürücülərin əliylə, bazarda satanda satıcıların əliylə, pul-paranı hesablayanda hesabdarların əliylə, qazancı qəsəbə sakinləri arasında bölüşdürəndə qəsəbə böyüklərinin əliylə..
Reklam
Birdən- birə hər şey tərsinə çevrildi, Pircahanın yığvalı döndü..
İnəklər ölü buzov doğdu, ulaqların dizi yükün altında qəfil büküldü, ovçuların gülləsi boşa çıxdı. Gölün pıçıltısı, bulağın zümzüməsi azaldı, çiçəklərin qoxusu xəfiflədi. Heç kim heç kimə inanmadı, heç kimin sözü heç kimin boğazından keçmədi. Elə bil hamıya qurd yağı sürtmüşdülər, cəbəlləşib dava-dalaş salmağa məqam axtarırdılar..
Hamı narahat idi. Həm aldadıb, həm aldanan da. Heç aldatmayıb həmişə aldanan da. Həmişə aldadıb heç aldanmayan da. Heç aldatmayıb, heç aldanmayan da...
İydə qoxusunun bitən vədəsiydi. İndi ağac yarpaqlarını qalınlaşdırıb, yaşıl meyvələrini böyüdürdü. Demək, balıqlar kürü tökməyə başlamışdı. Bu vaxt gölə çıxmaq, balıqların həyatındakı sirli ahəngi pozmaq günah sayılırdı.
16 öğeden 11 ile 16 arasındakiler gösteriliyor.