En Eski Ağ Göl Sözleri ve Alıntıları

En Eski Ağ Göl sözleri ve alıntılarını, en eski Ağ Göl kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İydə qoxusunun bitən vədəsiydi. İndi ağac yarpaqlarını qalınlaşdırıb, yaşıl meyvələrini böyüdürdü. Demək, balıqlar kürü tökməyə başlamışdı. Bu vaxt gölə çıxmaq, balıqların həyatındakı sirli ahəngi pozmaq günah sayılırdı.
Reklam
Mənsə sapsarı alovlara qərq olub səmadan bir topa qaratikan çiçəyinə oxşayan qəsəbənin üstündə səadət axtaran arılar kimi sağa-sola uçurdum.
Sayfa 191Kitabı okudu
Birdən- birə hər şey tərsinə çevrildi, Pircahanın yığvalı döndü..
İnəklər ölü buzov doğdu, ulaqların dizi yükün altında qəfil büküldü, ovçuların gülləsi boşa çıxdı. Gölün pıçıltısı, bulağın zümzüməsi azaldı, çiçəklərin qoxusu xəfiflədi. Heç kim heç kimə inanmadı, heç kimin sözü heç kimin boğazından keçmədi. Elə bil hamıya qurd yağı sürtmüşdülər, cəbəlləşib dava-dalaş salmağa məqam axtarırdılar..
Gözəgörünməz bir əl uzanıb balıqçıların ruzisini oğurlayırdı; balığı çadırların arasına boşaldanda torçuların əliylə, maşına yükləyəndə fəhlələrin əliylə, şəhərə aparanda sürücülərin əliylə, bazarda satanda satıcıların əliylə, pul-paranı hesablayanda hesabdarların əliylə, qazancı qəsəbə sakinləri arasında bölüşdürəndə qəsəbə böyüklərinin əliylə..
Anlamaqla deyil, imanladı. İmanın yoxdusa, mamırlı yazılar səni heç vaxt öz sirlərindən agah eləməz..
Reklam
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.