9/10
·352 syf.··
Beğendi
·
2021 17. kitabı
·
10 günde okudu
·
Okunma: 21 Kasım 2021 16:03
Məncə, 1984 əsərinin ideyası Heyvanıstan əsərindəki ideya ilə aşağı yuxarı oxşardır,Əsər XX əsrin ortalarında nəşr olunmasına baxmayaraq hələ də öz aktuallığını qoruyur bunun səbəbini , "1984", "Heyvanıstan", "Kataloniyaya Məhəbbətlə" əsərlərini Azərbaycan dilinə tərcümə eləyən Vilayət Quliyevin ifadəsi ilə ifadə edəcəm: " Əsər hələ də aktuallığını qoruyur,çünki zükm və ədalətsizlik hələ də mövcuddur,sərvət və hakimiyyət ehtirası azacıq da olsun səngiməmişdir,oliqarxik quruluşlar insanların beynini,ruhunu və mənəviyyatını dəyişdirmək iddiasından əl götürməyib. Çünki yaltaqlıq və qorxaqlıq var,hətta şəxsiyyət işartısı olmayan yerdə şəxsiyyətə pərəstiş yaranır,keçmişin unutdurulmasına,tarixin iqtidardakı qüvvələrə sərd edən tərzdə dəyişdirilməsinə təşəbbüs göstərilir. Çünki laqeydlik və qorxaqlıq həqiqətin ortaya çıxmasına imkan vermir,insanlar daha həvəslə cansız və hissiz robotlara,idarə olunan amorf kütləyə çevrilirlər,yaddaşsızlıq hüdud və sərhəd tanımır. Çünki dünyanın çox yerlərindən hələ də Böyük Qardaşlar öz sərt baxışları,daha da müasirləşdirilmiş teleekranları, daha da təkmilləşdirilmiş Fikir Polisləri ilə insan istəyini və iradəsini əzməyə, qapalı və məhdud çərçivəyə salmağa çalışır.”
Roman
1984George Orwell · Can Yayınları · 2023200,1bin okunma
·
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.