Bəxtim məndən küsübdü, Elə mən də küsmüşəm. Bu dünyanın göyündən - yerindən də küsmüşəm. Anam, sən də gen dayan, Get, dərdimə gendə yan, Başımı tumarlayan Əlindən də küsmüşəm. Batmışam min günaha, İşim qalıb Allaha, Ölərdim, amma daha Ölümdən də küsmüşəm...
Sayfa 291·Kitabı okudu
Şiir
··
262 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Oxu ver mən də bəhrələnim , Monş