Kitab mağazasında görüb "Mücrü Nəşriyyatı"nda nəşr edilən "Bir Saatda Tarix" seriyası çox maraqlı gəldi, ona görə oxumaq istədim.
Cəlil Cavanşir'in 25 yazıçı, şair barədə 3-4 səhifəlik araşdırmasından ibarət idi: Peyami Safa, Musa Cəlil, Haynrix Böll, Paul Heyze, Trumen Kapote, Kazanova, Stendal, Corc Ourel, Tomas Mann, Sərdar Əsəd, Gündüz Əsəd və s.
Kitabın adından da göründüyü kimi, yazıçıların yaşadıqları uğursuzluqlar, bəxtsizliklər barədə yazılıb.
Azərbaycanlı (Cənubi və Şimali) və türkiyəli yazıçılarla bağlı araşdırmaları, xarici yazıçılara nisbətən daha az maraqlı idi.
"Trumen Kapote" və "Pol Verlen və Artur Rembo" başlıqlı iki araşdırması homoseksuallıq ilə bağlı idi ki, bu da məni çox təəccübləndirdi.
Amma təbii ki, "Tomas Mann"la bağlı araşdırmasında Tomas Mann'ın homoseksual asılılığı ilə bağlı yazdığı cümlə — “Bioqrafiyasının bu (homoseksual asılılıq) xoşagəlməz tərəfi...” diqqətimdən yayınmadı.
Yerli yazıçılardan "Əliağa Kürçaylı"nın həyatı daha təsirli idi. Xarici yazıçılardan da "Pol Verlen və Artur Rembo".
Daha yaxşı bir şey gözləyirdim, amma yenə də, yazıçı zəhmət çəkib. Oxuyacaq olanlara xoş mütaliələr;