Cəlil Cavanşir

Cəlil Cavanşir

YazarÇevirmen
8.6/10
24 Kişi
·
9
Okunma
·
1
Beğeni
·
122
Gösterim
Adı:
Cəlil Cavanşir
Tam adı:
Cəlil Cavanşir Hacıyev
Unvan:
Yazar, Çevirmen ve Senarist
Doğum:
Xaçmaz, Oğuz, 1984
Jalil Javanshir (tam ad: Hajiyev Jalil Javanshir, 1984, Khachmaz, Oguz) - Azerice yazar, çevirmen, senarist.
SƏN ELƏ BİLİRSƏN...
...sən elə bilirsən,
məni tərk etsən
göy üzü çökəcək, ulduz axacaq
gecə düşməyəcək,
gün doğmayacaq?
gör kimlər tərk edib, unudub, atıb
eh, hardan biləsən səndən öncə də
bunu yaşamışam
bir az darıxıb
sonra alışmışam bu get-gəllərə.
bilirsən,
əvvəl də gedən çox olub
gör kimlər ağladıb,
kimlər ovudub.
sonra peşman olub geri dönənlər
arxamca qan-qarğış edən də olub
ürək üzü bərkdir, çoxdan unudub...
çoxdan unudulub
çıxıb gedənlər...
sən də hamı kimi çıxıb gedirsən
nə fərqi
kimsə var,
ya kimsə yoxdu.
bizdə qadın çoxdu kişi sayından
bir də nə fərqi var sevənim çoxdu?
Vallah, vicdan haqqı
inan sözümə
hələ ki, yerinə namizəd yoxdu...
gedirsən,
bu qədər kandarda durma
qapını tez bağla
hava soyuqdu...
məndən gedənlərdən xəbər al,
soruş.
yaman laqeyidəm
etibarsızam.
“yaman unutqanam,
ürəyi daşam.”
sənə deyəcəklər necə adamam.
sənə deyəcəklər necə “oğraşam”.
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, ağlamamışam.
sən elə bilirsən bütün şairlər
içir,
tənha qalır,
sonra ağlayır?
sən elə bilirsən tərk edilənlər
dəbdən yox,
dərdindən saqqal saxlayır?
sən elə bilirsən,
həzin mahnılar
sənin boşluğunu doldurmayacaq?
elə bilirsən ki, daha bu evdə
heç kəsə şeirlər oxunmayacaq?
vallah,
vicdan haqqı,
narahat olma.
vallah düz sözümdü, çıx get, yubanma
məni xoşbəxt etmir birlikdə olmaq
mənimki yalqızlıq,
təklikdi ancaq.
bir də qadan alım
açarı qoy get,
qapını bağlama,
gələn olacaq...
Bir sevdaya tutulanda hara qədər gedəcəyini düşünmür insan, yox, əslində düşünə bilmir. Unudulmaq, adiləşmək istəməsək də bu baş verir. Hay-küylə, həyəcanla, dəli bir sevgiylə həyatımıza girən qadınlar, günün birində də sakitcə, dərin bir iz buraxaraq çəkilib gedir və yadlaşır. Bitməməyini istədiyimiz gözəl bir film kimi bütün sevgilər də bir gün sona çatır. Əbədi sevginin varlığına inamımı çoxdan itirmişəm...
"Sən gedəli...”

Sən gedəli,
gözlərimin nəmini
Nə istilər, nə küləklər qurudur.
Nə çətinmiş sənsizliyi yaşamaq
Ağlayanda bu bədheybət "uşağı”
Heç kəs, heç kəs sənin kimi ovutmur…

Sən gedəli,
Bayramları əlim boş.
Uzanıram yatağıma. Gülürəm…
Ya xəstəhal, ya ağrılı, ya sərxoş
Yaşadığın o küçədən tək keçib
Pəncərənə baxıb, baxıb gülürəm…

Sən gedəli
Günlərimin düzümü.
Qarışıb eee, bir-birinə qarışıb.
Sən gedəli hey söyürəm özümü.
Yəqin kimsə eşidibsə,
-danışıb…

Sən gedəli
Bir az sərsəm kimiyəm.
Şirin gəlmir daha sabah yuxusu.
Hərdən yemək bişirəndə, yatıram.
Ayılanda diksinirəm.
İlahi, hardan gəlir yanıq yemək qoxusu?

Sən gedəli,
Hər şey bir az başqadı
Sabahlar da darıxmaqdı,
gecələr də darıxmaq
Sən getdiyin uzaqlardan küsmüşəm
Nə çətinmiş uzaqlardan qayıtmaq…
…Noolar, dön gəl, vallah olmur unutmaq
Varsan şayet, konuş!
Bu gizemli sükûtun umuduma darbedir.
Varsan şayet, bir mesaj at
Günlerce susan telefonuma…
Ya da bir mektup yaz…

Varsan şayet, çarşıda görüşelim
ya bir çay,
ya bir viski,
ya da cebimize uygun ne varsa
içelim…
Varsan şayet, sarhoş ol,
Varsan şayet,
Bir sigara yak, rüzgârı al önüne…

Varsan şayet,
Başımı omzuna yaslayayım,
Varsan şayet,
Sesinden çılgın şarkılar dinleyeyim…

Varsan şayet, Dionysos hayal ürünü…
Varsan şayet, Afrodit bir uydurma…
Varsan şayet, kendine şarap koy…

Varsan şayet, randevulaşalım
Görüşelim camilerden birinde,
İstersen kilisede
ya da münasip gördüğün bir havrada,
Tenha bir köşede…

Biraz dünya işlerinden,
Senin vaatlerinden;
Hurilerinden,
Cennetten,
Müjdelerinden,
Cehennemden,
Azaptan,
Gazaptan,
Mükâfatından konuşalım…

Öyle yalnızım ki… Varsan şayet,
bir aşk şiiri,
veya hüzünlü bir şarkı dinleyip
ağlayalım…
Filistin’de, Myanmar’da,
Suriye’de ölen çocuklara,
Teröre kurban giden masumlara,
Depremde, tsunamide
mevta olanlara
Matem tutalım…

Ya da varsan şayet,
İçkimiz bitmesin,
Yaz gelmesin,
Silahlar konuşmasın,
Sevgililer gitmesin,
Anneler kocamasın,
Çocuklar ölmesin!

Varsan şayet, esmesin bu sefil rüzgârlar
Varsan şayet, topla şu kutsallık,
Ulviyet safsatasını!
Varsan şayet, düşsün diktatörler
Yıkılsın kanlı rejimler,
Dinlensin yorgun beyinler,
Kederli yürekler…
Hindistan’da senden daha mukaddestir
inekler…

Varsan şayet, çek git!
Rahat yaşasın insanlar.
Sen olan yerde sükûnet
Bir de yalancı ümit var…

Sensiz daha mutlu olur şüphesiz,
Bu dünya, bu ülke, bu kent…
Gidecek yerin yoksa şayet
Kendin için yaşa, müdahalesiz

Varsan şayet, susma
Konuş benimle, dinsin acılarım…
Varsan şayet, görün,
Dokun bana,
Dokun bana Tanrım!
250 syf.
Bir fantastika insanı olaraq fəlsəfə oxumağa cəhd etmirdim. Çünki ən nifrət etdiyim şeylərdən biri hər hansı bir kitabı yarıda buraxmaqdır. Amma indi bu riski almağıma sevinirəm. Nitşenin də dediyi kimi- "Bu kitab ən azlarındır."
Kitabda Nitşenin xristianlıqla bağlı görüşləri öz əksini tapır. Buradakı "görüş" sözünü "dərin nifrət"lə əvəz etsək də yanılmarıq. O, xristianlığı bir bəla, xəstəlik adlandırır, Roma imperiyasının süqutunun səbəbini bu din ilə əlaqələndirir, bütün rahiblərə isə nifrət edirdi. Onların hamısını
"yalançı", "kələkbaz"adlandırırdı. Kitabından olan hissələrə diqqət yetirsək bu daha aydın anlaşılar;
Maddə 1- Təbiətə hər cür zidlik günahdır. Ən günahkar insan rahibdir: o, təbiətə zidliyi öyrədər. Rahibə göstərilməli olan səbəblər deyil, dəlixanadır.
Yaxud da;
Maddə 3- Xristianlığın ilan yumurtalarını basdırdığı yerlər lənətlənməli, yerlə bir edilməli və yer üzünün rüsvayçılıq yerləri olaraq gələcəyin qorxulu ibrət yerləri olsun deyə qorunmalıdır. Buralarda zəhərli ilanlar yetişdirilməlidir.
Bu kimi maddələr çoxdur, bunları bilmək üçün kitabı oxumalısınız. Fəlsəfə ilə maraqlanırsınızsa, oxumalı olduğunuz kitablardandır məncə. Olduqca maraqlı və düşündürücü məsələlərə toxunulur əsərdə.

Xoş mütaliələr)

Yazarın biyografisi

Adı:
Cəlil Cavanşir
Tam adı:
Cəlil Cavanşir Hacıyev
Unvan:
Yazar, Çevirmen ve Senarist
Doğum:
Xaçmaz, Oğuz, 1984
Jalil Javanshir (tam ad: Hajiyev Jalil Javanshir, 1984, Khachmaz, Oguz) - Azerice yazar, çevirmen, senarist.

Yazar istatistikleri

  • 1 okur beğendi.
  • 9 okur okudu.
  • 6 okur okuyacak.