Tahmini Okuma Süresi:
5 sa. 47 dk.
Sayfa Sayısı:
204
Basım Tarihi:
Kasım 2019
Yayınevi:
Xan Nəşriyyatı
ISBN:
9053289106322
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

6/10
·204 syf.··
2020 15. kitabı
“Dəlilik” mövzusu dünya ədəbiyyatında mərkəzi mövzulardan biridir. Bu mövzu həmişə müxtəlif ədəbi məktəb və cərəyana aid yazıçıların diqqətində olub. “Dəlilik” mövzusuna dünya ədəbiyyatının bir sıra məşhur nümayəndələri zaman-zaman üz tutub: V.Şekspir, M.Servantes, A.Qriboyedov, N.Qoqol, F.Dostoyevski, A.P.Çexov, J.P.Sartr, N.Hikmət, R.Bredberi, U.Eko... Milli ədəbiyyatımız da bu cəhətdən istisna deyil: “Koroğlu”, N.Gəncəvi, M.Füzuli, Ə.Haqverdiyev, M.Cəlil, İ.Əfəndiyev, Elçin, İ.Muğanna... Dəlilik nədir? Ağır zehni pozğunluq? Tibbi, hüquqi və ya mədəni termin? Bəlkə, azadlıq və yaxud ruhun hər tərəfdən yırtıldığı, parçalandığı iztirab təcrübəsidir? Bu təcrübəni kim və hansı dillə daha dəqiq ifadə etməyə qadirdir? Fransız postmodernist filosof Mişel Fuko bəşər tarixini, az qala, dəliliyin tarixi kimi nəzərdən keçirdiyi “Dəliliyin tarixi” əsərində onun nə olduğu sualına tam olaraq cavab tapa bilibmi? Niyə zaman-zaman dahi dediyimiz insanlar özləri də dəlilik haqqında bizi heyrətləndirən fikirlər söyləyiblər? Məsələn, Höte, “Bəzən planetimiz mənə kainatın dəlixanası kimi gəlir” deyib, yaxud Frensis Bekon, “İnsanın təbiətində ağıllılıqdan çox dəlilik var” nəticəsinə gəlib. “Azğın” romanı çox maraqlı müqayisə ilə başlayır. Əsərin baş dəli obrazı özünü milçəklə müqayisə edir. O, eyni zamanda yazıçıdır: cəmiyyətlə uyuşmayan, dəlilik sərhəddində olan, dərin psixoloji sarsıntılar içərisində yaşamağa çalışan, yadlaşmış, tənhalığını, anlaşılmama duyğusunu, təcridolunma hissini çatdırmağa çalışan ziyalı. O, artıq şüuraltında öz sonunun qərarını verib. Ancaq yenə də: “Görəsən, dünənki milçək hələ də yaşayırmı? Xatirələrimi aydınlaşdırmaq, bir-birindən seçib-ayırmaq, başladığım nöqtəyə, geriyə doğru səyahət etmək istəyirəm. Bu yoldan, yaşadıqlarımı yazaraq, xatirələrə dalaraq bir
Edebiyat
AzğınCəlil Cavanşir · Xan Nəşriyyatı · 201910 okunma