İndiyə qədər kitabları təhlil edib burada paylaşmamışam. Amma bu kitabı oxuyandan sonra düşündüm ki, edim.
Cəlil Cavanşirin yazdığı bu sətirlər təsadüfən qarşıma çıxdı :
sən də elə bilirsən ki, yaşadığın nağıldı
mən də bu sərsəm nağılın ağ atlı şahzadəsi?
bir də gördün çıxdım getdim, xəyalların dağıldı
bir də gördün öldüm getdim,
üzülmə birdənəsi.
Və mən də onun kitablarını araşdırıb yazdığı şeirlərlə tanış olmaq, oxumaq istədim. Lakin kitab nədənsə heç xoşuma gəlmədi. Bir neçə nəsr əsərini oxuyandan sonra çalışıram ki, araya bir şeir kitabı atım ki, dincələ bilim. Amma bu kitab gözlədiyim kimi olmadı, şeirlər mənə xitab etmirdi. Tövsiyə edəcəyim kitablar sırasında olmadı, təəssüf ki.