Qadın Corabları

Cəlil Cavanşir
Tahmini Okuma Süresi:
5 sa. 47 dk.
Sayfa Sayısı:
204
Basım Tarihi:
2015
İlk Yayın Tarihi:
2014
Yayınevi:
Xan Nəşriyyat
ISBN:
9789952464993
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

8/10
·204 syf.··
2022 11. kitabı
·
4 saatte okudu
·
Okunma: 26 Nisan 2022 15:47
Azərbaycanlı yazıçılara daha çox üstünlük verəcəyim il olacağına səz verdiyimi nəzərə alsam, bu oxuduğum, ən azından bu marafaona başladığım ilk kitabdı. Kitab barəsində həm sevdiyim, həm sevmədiyim, güldüyüm, qıcıqlandığım və s. hisslərini yazacam. İlk gözümə sataşan və ən çox qıcıqlandıran şey türkçə ifadələrin işlənməsi idi. Bəlkə də normaldı, amma mənim heç sevmədiyim şeylər idi, çünki bəzilərinin dilimizdə çox yaxşı qarşılıqları var… 1. Oynamaq zorundayam (səh. 5) 2. Hadisələri çözmək (səh. 9) 3. Keçiləri qaçırıb (səh. 10) 4. Çözülməyən (səh. 10) 5. Çevrəsi (səh. 37) 6. Aşağılamaq (səh. 56) 7. Sonuc (səh. 67) 8. Patron (səh. 132, 140) Bəlkə də içlərindən bəziləri heç qüsur deyil, məsələn, 3. Amma sonuc kimi sözlərin nəticə ilə əvəzlənməsini istəyərdim. Bəzi gözümə sataşan başqa məntiqi məsələlər var idi. Orxan Nicatın həm dostu, həm də həkimi idi. (Səh. 8) Bu çox düzgün olmayan bir şeydi. Xəstə ilə qeyri-peşəkar münasibət. Belə psixoloqun xəstəsinin intihar etməsi təəccübləndirməz. İkincisi, qadınlar haqqındakı deyimlərdi. Qadınlar belədi, qadınlar elə düşünür, belə hərəkət edir-falan. “Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər". (Səh. 36) "Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb". Oskar Uayld (Səh. 68) Digər misalda, təkrarçılıq və eyni qadınlar haqqında absurd düşüncələr: – Qadınlar elə düşünürlər ki, kişilər dostluğu sevgiyə çevir- mək istəyir. Amma məncə, məhz qadınlar dost müna- sibətlərini fərqli tərəfə çəkirlər, sənin kimi. Axı qadınlar da- ha emosionaldırlar və potensial sevgilini dostlarının arasın- dan axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır. – Bəlkə də haqlısan. Amma razılaş ki, Nicat ideal kişi deyildi. – Deməli Nicat da, Hikmət də ideal deyildi. Belə çıxır ki, sən Nicatı da
1000k
Qadın CorablarıCəlil Cavanşir · Xan Nəşriyyat · 201543 okunma
1/10
·204 syf.·
2024 57. kitabı
İlk başda xoşuma gəldi, dedim yaxşı bir detektiv oxuyacam. Yazıçının kitaba öz adından əlavələr etməsi ilk əvvəl xoş təəssürat yaratdı, çünki fərqli bir hava qatırdı. Kitab oxuyarkən kitab oxuduğunuzu hiss etməyib hadisələr gözünüzdə canlananda kitab oxumağın dadını çıxarmaq olar. Amma yazıçının tez-tez kitaba öz adından əlavələr etməsi məni kitabın ruhuna çəkə bilmədi. Bir insan qadınlara qarşı bu qədərmi nifrət edərmiş. Məs,."Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər"(səh 36). Elə bu cümləni oxuduqdan sonra kitabın mənim üçün oxunacaq bir yeri qalmamışdı. Özümü bitirməyə məcbur elədim, oxuduqca yazıçının qadın nifrəti bir daha gözlərimi qanatdı.
Qadın CorablarıCəlil Cavanşir · Xan Nəşriyyat · 201543 okunma