Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

120 syf.
·
Puan vermedi
·
29 saatte okudu
Kitabın Ön Söz'ündə dastanlarla bağlı fikirlərini bildirib və tarixi məlumatları da qeyd edib ki, bu, kitabı anlamaqda kömək etdi. Onsuz da, elə də çətin kitab deyildi, anlaşılır idi. İki Şumer kralı - Enmerkar və Lugalbanda'nın Aratta ilə bağlı münasibətləri ilə bağlı idi. Ancaq bu münasibətlərdə əsas rol Enmerkar'da idi. Aratta kralı ilə olan "adamin"lərindən (bilgi yarışması) bəhs edilirdi. Mifoloji bir dastan olsa da, bəlkə, həqiqətən, buna bənzər hadisələr keçmişdə baş verib. Ancaq yenə də bunu dəqiq bilmək olmaz. Lugalbanda isə Aratta'ya hücum edən Enmerkar'ın ordusundakı bir əsgər idi, amma yolda xəstələndiyi üçün ordu onu bir mağaraya qoyub, yoluna davam edir. Günəş'ə dua etdikdən sonra sağalan Lugalbanda ordunun yanına gedir. Ön Söz'də göstərildiyinə görə Lugalbanda Enmerkar'dan sonra Şumerdə 1200 il hakimiyyətdə olub. Ön Söz'ə əsasən Şumerdə hakimiyyətdə olmuş krallar: 1. Mes-ki'ag-gašer – 324 il 2. Enmerkar – 420 il 3. Lugalbanda – 1200 il 4. Dumuzi – 100 il 5. Gılgamış – 126 il 6. Ur-Nungal – 30 il 7. Udul-kalama – 15 il 8. Lā-bašer – 9 il 9. Ennundara-ana – 7 il 10. Meshe – 36 il 11. Melam ana – 6 il 12. Lugal-ki-gin – 36 il
Sümer Kral Destanları
Sümer Kral DestanlarıAnonim · İş Bankası Kültür Yayınları · 2017474 okunma
·
420 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.