Gönderi

10/10
·552 syf.··
Beğendi
·
2021 150. kitabı
·
11 günde okudu
·
Okunma: 10 Aralık 2021 22:15
Bu kitabı təxminən 2 il əvvəl 100 səhifə oxuyub yarım qoymuşdum. Bilmirəm səbəbi bizim tərcüməmiz idimi, yoxsa "hər kitabın bir zamanı var" ifadəsinə uyğun olaraq yanlış zamandamı oxumağa başlamışdım. Nə isə. Kitaba təkrar bir şans verərək bu dəfə türkcə nəşrini oxudum... Kitab cinayət qurbanı olan bir ölünün sözləri ilə başlayır və 1591-ci ilin qış aylarının birində baş verən 9 günlük hadisədən bəhs edir. Bu hadisəni hər obrazın, hər əşyanın öz dilindən oxuyuruq(kitabın ən çox sevdiyim cəhəti bu oldu). Bir növ dedektiv əsər sayılan kitabda bir də qatil var ki, gözümüzün önündə olmasına rəğmən yazıçı bu qatili elə gizlədib ki, sona qədər kim olduğunu təxmin etmək olmur. Kitabda, həmçinin rəsm sənətinin gözəlliyi, əhəmiyyəti, həmin zamanlarda bu sənətə verilən dəyər ön plandadır. Başda qərəzlə yanaşsam da, sevərək oxuduğum kitablardan biri oldu. Oxuduqca gözümün önündə bütün boyaları ilə XVI əsrin İstanbulu canlanırdı. Yazı üslubu, yuxarıda qeyd etdiyim kimi hadisələrin ardıcıllıqla hər obrazın öz dilindən verilməsi çox xoşuma gəldi. Əsərin sonu isə xüsusilə gözəl idi. Kitabla qalın:)
Edebiyat
Benim Adım KırmızıOrhan Pamuk · İletişim Yayınları · 201220bin okunma
·
1.381 Gösterim
5 Yorum
Lütfen giriş yapınız.
Bəyəndiyinizə sevindim, illər əvvəl oxuduğum və çox bəyəndiyim bir əsərdi, azərbaycanca oxumuşdum. Həm təsvir, həm də fərqli ifadə tərzi ilə seçilən, keyfiyyətli bir əsərdir.
Vəfa Hafiz
Gönderi Sahibi
☺ Fərqli və gözəl idi. Düşünürdüm bir daha Orhan Pamukun kitablarını oxumayacam, fikrimi dəyişdim.😅 Sevdim üslubunu.
Vəfa Hafiz
Gönderi Sahibi
☺💜
Gözəl təhlil.
Vəfa Hafiz
Gönderi Sahibi
☺🌸
Vəfa Hafiz
Gönderi Sahibi