Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

481 syf.
·
Puan vermedi
Tariximizi bilməyən (heçə sayan) yazar.
Salamlar. Kitabın tərifini çox eşitdiyim üçün sonunda oxumağa qərar verdim. Ümumi mənada sujet xətt, yaşanan hadisələr hər biri insana təsir edir, hətta göz yaşlarına belə boğa bilirdi. Almanlar yəhudilərin başına açdıqları oyunları oxuduqca nəfəsim daralır, bu qədər də olmaz deyirdim. Lakin bu dəfə mən kitabın incələməsindən çox kitabda sevmədiyim hissəni qeyd edəcəm ki, bu hissə məndə ümumiyətlə yazarı oxumama qərarı aldırdı. Yazar erməni qətliamı, ermənilərin başına gəlmiş faciələrdən yazıb, ama o faciələr hansı tarixdə olub mənə çox maraqlıdı. Ümumiyətlə, ermənilərin tarixi var ki? Tarixin heç bir yerində ermənilərin müsəlman əsas da biz Azərilər tərəfindən qətliama uğradıqları, zorbalığa məruz qaldıqları deyə bir hadisə yoxdu. Zülfü Livaneli-yə bizim Xocalı, 31 Mart, 20 Yanvar soyqırımlarını oxutmaq, öyrətmək lazımdı. Bəlkə o zaman gerçək tarixi öyrənər. Yazar nə qədər gözəl kitab yazarsa yazsın, kitabında ermənilərin tərəfində olduğu hissələr olduğu üçün oxumama qərarı aldım. Deyərsiniz ki, bundan yazara nə sanki nolur. Ama bizim tarixi heçə sayan birinə qarşı bu da mənim üsyanımdır.
Serenad
SerenadZülfü Livaneli · Doğan Kitap · 2020136,7bin okunma
·
104 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.