Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

171 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bu tədris ilində tələbəlik həyatımıza mükəmməl bir müəllim daxil oldu. Elə bir müəllim ki,tələbəyə dost,insan ən əsası isə şəxsiyyət kimi yanaşır,onun dərdi ilə maraqlanır,dərsini sevərək ,sevdirərək tədris edir. Keçək bu ideal müəllimin yeni nəşr olunmuş kitabına " Vəziyyət Ruscadır" . Pərvin Nurəliyevanın tələbələrinə hədiyyəsi idi bu kitab...beləcə tanış oldum "Pərvin" yaradıcılığı ilə ... • Kitab müxtəlif bölmələrdən ibarətdir,bir ədəbiyyatşünas tərəfindən yazıldığı elə ilk səhifələrdən hiss olunur.Ən sevdiyim bölmə ən sevdiyim əsərlərdən biri haqqında idi . " Anna kimi" adlanır həmin hissə və Tolstoyun Anna Karenina'sından bəhs edir müəllif burada. Kitab insana dünya ədəbiyyatını sevdirir,bilmədiyimiz bir çox faktı bizə çatdırır ən əsası isə oxuyub sevdiyimiz məşhur rus romanlarını Pərvin müəllimin təhlili ilə daha çox sevirik. Kitabı oxuduqda sanki,müəlliflə söhbət edirmiş kimi hiss etdim.Pərvin Nurəliyevanın Puşkin sevgisi də nəzərimdən qaçmadı. • Məlalə mənəm kitabından bir alıntı mənə həmişə Pərvin müəllimi xatırladacaq " Bir uşaq,bir müəllim,bir kitab və bir qələm dünyanı dəyişdirə bilər" Dünyamızı dəyişdirdiyiniz üçün təşəkkürlər
Pərvin Nuraliyeva
Pərvin Nuraliyeva
Vəziyyət Ruscadır
Vəziyyət Ruscadır
Vəziyyət Ruscadır
Vəziyyət RuscadırPərvin Nuraliyeva · 04 okunma
·
234 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.