Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Pərvin Nuraliyeva

Pərvin NuraliyevaVəziyyət Ruscadır yazarı
Yazar
8.3/10
6 Kişi
15
Okunma
6
Beğeni
1.746
Görüntülenme

Hakkında

Pərvin Ələmdar qızı Nurəliyeva 1984-cü ildə Bakı şəhə­rində anadan olub. ADPU-nun Filologiya fakültəsinin bakalavr və magistr pillələrini əla qiymətlərlə bitirib. Daha sonra həmin universitetin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub. 2017-ci ildə Xalq yazıçısı Anarın nəsrini tədqiq edərək filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. Hal-hazırda ADPU-da “Ədəbiyyat” kafedrası­nın müəllimidir. Pərvin Nurəliyeva yaradıcılığa kiçik hekayələr, esselərlə başlayıb. Ən müxtəlif mükafatlara layiq görülüb. Gənclər və İdman Nazirliyinin “İlin gənci”, Mədəniyyət və Turizm Nazir­liyinin “Qızıl Kəlmə”, Ədə­biyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin Avrasiya Yazarlar Birliyinin üzvüdür. “Qar yağacaq” və “Balerin”(türkcə), “Dlya Samira” (rusca) adlı nəsr kitablarının müəllifidir. Hekayələri rus, türk, latış və litva dillərinə tərcümə olunaraq müxtəlif xarici ölkə dərgilərdə yayım­lanıb. Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən “Anar dünyası” kitabının müəllifidir. Türkiyənin Avrasiya Yazarlar Birliyinin “Kitabi Dədə Qorqud” pyes yarışmasında P. Nurəliye­vanın “Aşar keçər Arazı” pyesi mükafata layiq görülüb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına, 2015-ci ildə Azərbaycan Res­publikası Prezidentinin Sərəncamı ilə Mətbuat günü münasibəti ilə Fəxri Fərmana layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatın Təbliğatı Bürosunun və “Ədəbiyyatın dostları” klubunun rəhbəridir.
Unvan:
Azərbaycanlı yazıçı, filologiya üzrə fəlsəfə doktoru,müəllim
Doğum:
Bakı,Azərbaycan, 1984

Okurlar

6 okur beğendi.
15 okur okudu.
4 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
XX əsrin kəmiyyət,miqyas və ağırlıq etibarilə ən böyük dəhşətini yaşayanlar məhz yəhudilərdir.Holokostu hər yandan araşdırıb bu böyük nifrətin, antisemitizmin səbəblərini tapmaq olmur.Hitlerin anasını ölümcül xəstəlikdən sağalda bilməyən həkimin yəhudi olması, ya da Stalini yəhudi qızının aşağılaması kimi nağıl-cavablar inandırıcı deyil.Bəlkə ən doğru cavabı Çörçil verib,o deyib ki, İngiltərədə antisemitizm ola bilməz, ona görə ki, ingilislər özlərini yəhudilərdən ağılsız saymırlar.
Qoqolun ölümü də əsərləri kimi fantastik, qəribə olmuşdu.Letargik yuxudan qorxan sənətkar öz fobiyalarının qurbanı idi..."Ölü canlar"ın ikinci hissəsini yandırmağı", "cəsədimin çürüməyini gözləyin" - deməyi,ölüm aclığı ilə sonunu yaxınlaşdırmağı indi psixiatorların araşdırma mövzusudur.Ancaq zamanı və bu zaman içində baş verənləri ayıq başla görən, üstəlik, bunları qələmə ala bilən sənətkarın halını anlamaq üçün elmi-psixiatrik təhlillərə ehtiyac da yoxdur.Hər şey aydındı...
Reklam
Çexov
Konstantin Stanislavski "Çexov və bədii teatr Sovet məqaləsində yazır: "Bir dəfə köhnə tanışım yanıma  gəlmişdi. Çexov da orda idi. Çox şən,  mehriban və cəmiyyətdə qayğısız avaranın biri kimi  tanınan dostum mənimlə deyir-gülür, zarafatlaşırdı. Çexov çox ciddi görkəmdə, sınayıcı baxışlarla onu süzdü, heç nə demirdi. Adam gedəndən sonra Anton  Pavloviç məni onun haqqında sorğu-suala tutdu. Mən təəccüblə bu marağın səbəbini soruşanda Çexov - bura baxın, o ki intihara hazırdı... - dedi".   Zahirən sakit və şən bir adamın haqqında deyilmiş bu sözlər Stanislavskiyə qəribə gəlir, amma bir neçə il sonra həmin dostun intihar etdiyini eşidəndə Konstantin Sergeyeviçin heyrəti yerə-göyə sığmır.
"Mən böyüyəndə, birdən-birə dəhşətli bir həqiqət açıldı qarşımda. Atamanlar, yönsüz Klemantinlər, mayor Priş və Uqryum-Burçeyevlar Saltıkov-Şedrindən daha çox yaşayıblar. Bax onda mənim ətraf mühitə münasibətim matəmə büründü". Mixail Bulqakov yazırdı bunu...
Raskolnikovun qeyri adilər və adilər nəzəriyyəsini puç edən sual:
Elə isə bəs öz anası-bacısı o yuxarı təbəqə kriterlərinə uyğun gəlirmi,gəlmir! Gəlmirsə, deməli,hər hansı üst təbəqədən olan onları vurub öldürə bilər?!
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
160 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Bütün dünyadan küsdüyüm,hər şeyə inamımın sarsıldığı bir vaxtda gəldin..." Bu cümlə ilə başladı Serpantin macərası...Sən nə gözəl kitab idin belə.. • Leyla,Çingiz müəllim,gəncəlilər ,öz yonduğu heykələ aşiq olan Piqmalion,Allah babası tərəfindən ulduzun içində dünyaya göndərildiyini düşünən Anaki,Şuşa sevgisi ilə məni heyran edən Natəvan nənə daha nələr... nələr...var bu kitabda.... Oxuduqda sıxılmaq,bitirdikdə xarakterlər üçün darıxmamaq imkansızdı...müəllifdən oxuduğum üçüncü kitab idi Serpantin. Kitabda yazıçı Pərvinin son illərdə qələmə aldığı hekayələri və "Mən öləndə ağlama" monopyesi yer alıb.Kitabı bitirdikdən sonra məşhur "Mən öləndə ağlama" tamşasını izlədim.Leyla obrazını Səbinə Məmmədova böyük ustalıqla canlandırıb...izləməyə və oxumağa dəyər...
Serpantin
SerpantinPərvin Nuraliyeva · Qanun Nəşriyyat · 20204 okunma
171 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bu tədris ilində tələbəlik həyatımıza mükəmməl bir müəllim daxil oldu. Elə bir müəllim ki,tələbəyə dost,insan ən əsası isə şəxsiyyət kimi yanaşır,onun dərdi ilə maraqlanır,dərsini sevərək ,sevdirərək tədris edir. Keçək bu ideal müəllimin yeni nəşr olunmuş kitabına " Vəziyyət Ruscadır" . Pərvin Nurəliyevanın tələbələrinə hədiyyəsi idi bu kitab...beləcə tanış oldum "Pərvin" yaradıcılığı ilə ... • Kitab müxtəlif bölmələrdən ibarətdir,bir ədəbiyyatşünas tərəfindən yazıldığı elə ilk səhifələrdən hiss olunur.Ən sevdiyim bölmə ən sevdiyim əsərlərdən biri haqqında idi . " Anna kimi" adlanır həmin hissə və Tolstoyun Anna Karenina'sından bəhs edir müəllif burada. Kitab insana dünya ədəbiyyatını sevdirir,bilmədiyimiz bir çox faktı bizə çatdırır ən əsası isə oxuyub sevdiyimiz məşhur rus romanlarını Pərvin müəllimin təhlili ilə daha çox sevirik. Kitabı oxuduqda sanki,müəlliflə söhbət edirmiş kimi hiss etdim.Pərvin Nurəliyevanın Puşkin sevgisi də nəzərimdən qaçmadı. • Məlalə mənəm kitabından bir alıntı mənə həmişə Pərvin müəllimi xatırladacaq " Bir uşaq,bir müəllim,bir kitab və bir qələm dünyanı dəyişdirə bilər" Dünyamızı dəyişdirdiyiniz üçün təşəkkürlər
Pərvin Nuraliyeva
Pərvin Nuraliyeva
Vəziyyət Ruscadır
Vəziyyət Ruscadır
Vəziyyət Ruscadır
Vəziyyət RuscadırPərvin Nuraliyeva · 04 okunma
144 syf.
10/10 puan verdi
·
12 günde okudu
On qadın,on tale,sevgilər...
Və bir kitabın daha sonuna gəldik.Müəllifdən oxuduğum ikinci kitab idi. Birinci kitab Rus ədəbiyyatından bəhs edirdisə bu kitabda biz bir-birindən fərqli həyat hekayələri olan 10 qadınla tanış oluruq.Düzdür,Ledi Diana və Frida Kahlo əvvəldən heyranı olduğum qadınlar idi,amma Pərvin Nurəliyevanın qələmi ilə onları daha çox sevdim,daha yaxşı anladım.Bu kitabı hər qadın,həmçinin qarşı cins oxumalıdır. Çox şey qazanacağınızdan əminəm. Kitabların ön sözünü oxumağı qəti sevmirəm.Bu kitabda hər bölməni bitirdikdə Azərbaycan qadınına rast gəlməyə ümidləndim. Ön sözü oxuduqda isə hər şey aydın oldu.Kitabın davamı gələcək, "Bizim qadınlar" adlandırılacaq həmin o,ikinci hissə Azərbaycan qadınlarına həsr olunacaq. Səbrsizliklə gözləyirəm...
Qadın Olmaq
Qadın OlmaqPərvin Nuraliyeva · Qanun Nəşriyyatı · 02 okunma